DABAN SÜMÜYÜNÜN QİDA DƏLİYİNİN ANATOMİK-TOPOQRAFİK XÜSUSİYYƏTLƏRİ: CƏRRAHİ YOLUN SEÇİMİ VƏ FİKSASİYA ÜÇÜN ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.018Açar sözlər
daban sümüyü, qida dəlikləri, angiosomlar, sınıqlar, sümükdaxili arteriyalar, azinvaziv cərrahiyyəXülasə
Məqalədə insanın daban sümüyünün müxtəlif səthlərində olan qida dəliklərinin anatomiktapoqrafik xüsusiyyətlərini öyrənmək və onların müxtəlif octeosintez konstruksiyalarına uyğunluğunu qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat materialı olaraq daban sümüyünün makropreparatlarından və sxematik 3-D modelləşdirilmədən istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, sümüklərin lateral səthlərində qida deliklərinin sayı daha çoxdur (ümumi saydan 44,40%-ə qədər); müxtəlif ölçülü dəliklərin say nisbəti mütənasib olmuşdur: iri ölçülü dəliklər 18,140,93%, orta ölçülülər 19,71,36%, xırda ölçülər 15,360,96%. Müxtəlif osteosintez konstruksiyalarının, o cümlədən klassik lateral daban lövhələrinin, modelləşdirilmiş mini-plastinlərin və sümükdaxili ştiftlərin müqayisəsi aparılmış, onların damar mənfəsinə potensial təsiri, həmçinin yumşaq toxumaları və sümükləri zədələmə potensialı araşdırılmışdır. Alınmış nəticələr daban sümüklərinə operativ müdaxilə zamanı angiosomal prinsipə riayət etməklə azinvaziv cərrahi yol seçilməsinin məqsədəuyğun olduğunu göstərir; bu, yaraların sağalması prosesində ağırlaşma risklərinin azaldılmasına və sınıqların bitişməsinin sürətlənməsinə şərait yarada bilər. Müəlliflərin fikrincə, tədqiqatdan alınmış nəticələr daban sümüklərinin sınıqlarının müalicəsi zamanı operativ müalicə üçün cərrahi yolun daha səmərəli seçilməsinə kömək etdiyinə görə praktik əhəmiyyətə malikdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


