HAMİLƏ QADINLARDA KORONAVİRUS İNFEKSİYASININ GEDİŞ XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • P.N. Mikayilzade Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu https://orcid.org/0009-0000-7120-1895
  • C.F. Qurbanova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2025.4.010

Açar sözlər

koronavirus infeksiyası, SARS-CoV-2, COVID-19, hamiləlik, viral infeksiya

Xülasə

Məqalədə COVID-19 koronavirus infeksiyasının hamiləliyin gedişi və nəticələrinə təsirini araşdırmaq üçün aparılan tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqata COVID-19 infeksiyası olan 222 hamilə qadın (I qrup) və kontrol qrupu kimi 46 praktik sağlam qadın (II qrup) cəlb edilmişdir. Nəticələr göstərmişdir ki, COVID-19 infeksiyası hamiləliyin gedişatına və nəticələrinə mənfi təsir edir. İnfeksiyanın gedişi əsasən yüngül (52,7%) və orta (37,8%) formalarda müşahidə edilmiş, 9,5% hallarda isə ağır formada keçmişdir. Yoluxmuş qadınlarda anemiya (65,8%), hipertenziya (25,7%), piylənmə (21,6%) və preeklampsiya (14,9%) hallarının tezliyi daha yüksək olmuşdur. Erkən doğuş (44,7%) və antenatal döl ölümü (9,2%) halları da daha çox qeydə alınmışdır. Laborator göstəricilərdən D-dimer, fibrinogen, C-reaktiv zülal, ferritin və kreatinin səviyyələrinin artması müşahidə edirmişdir. COVID-19 infeksiyası hamilələrdə polimorf klinik mənzərə, sistem iltihabı və koaqulyasiya pozulması ilə xarakterizə edilir. Bu infeksiya həm ana, həm də döl üçün ağırlaşma riskini artırır. Oksigen saturasiyasının müntəzəm monitorinqi, erkən müalicə prosesinə fərdi yanaşma hamiləliyin nəticələrinin yaxşılaşdırılmasına və risklərin azaldılmasına kömək edir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

Mikayilzade, P., & Qurbanova, C. (2025). HAMİLƏ QADINLARDA KORONAVİRUS İNFEKSİYASININ GEDİŞ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 59–65. https://doi.org/10.34921/amj.2025.4.010

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR