BÖYÜK BETTA-TALASSEMİYALI XƏSTƏLƏRDƏ KALSİUM-FOSFOR VƏ DƏMİR MÜBADİLƏSİ ARASINDA QARŞILIQLI ƏLAQƏLƏR
DOI
https://doi.org/10.34921/amj.2025.4.006Açar sözlər
böyük β-talassemiya, D vitamini, hepsidin, ferroportin, FGF-23Xülasə
Məqalədə böyük β-talassemiyalı xəstələrin qan serumunda kalsium-fosfor mübadiləsi göstəricilərinin səviyyəsinin və bu göstəricilərlə dəmir mübadiləsi zülallarının qarşılıqlı əla qələrin araşdırılmasını əks etdirən tədqiqat işi haqqında məlumat verilir. Tədqiqata 2019-2023-cü illərdə mütəmadi qan transfuziyası almış 5-12 yaşlı 30 uşağın, kontrol qrupuna isə 15 müvafiq yaşlı praktik sağlam uşağın analizlərinin nəticələri daxil edilmişdir. Pasiyentlərdə və kontrol qrupunda qanın ümumi analizi parametrləri ilə yanaşı, qan serumunda dəmir, ferritin, kalsium, fosfor, D vitamini, ferroportin, hepsidin, fibroblastların böyümə faktoru-23 (FGF-23) səviyyələri kontrol qrupla müqayisədə tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, böyük β-talassemiya olan xəstələrin qan serumunda dəmirin və ferritinin toplanmasına uyğun olaraq hepsidin (p<0,001) azalır, D vitamininin (p<0,001) çatışmazlığı fonunda FGF-23 (p<0,05) səviyyəsində yüksəlmə müşahidə edilir. Tədqiq edilən göstəricilər arasında korrelyasiya əlaqələrinin araşdırılması nəticəsində aydın olmuşdur ki, qan serumunda FGF-23-ün səviyyəsinin artması kalsium-fosfor mübadiləsi ilə yanaşı, dəmir mübadiləsinə də təsir göstərir. Əldə edilmiş nəticələr gələcəkdə böyük β-talassemiyanın diaqnostikasında və müalicə istiqamətlərinin düzgün seçilməsində əhəmiyyətli ola bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


