KƏSKİN XOLESİSTİTİN DESTRUKTİV FORMALARININ ERKƏN DİAQNOSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2025.4.005Açar sözlər
kəskin xolesistit, hematoloji indeks, ultrasəs müayinəsiXülasə
Məqalədə kəskin destruktiv xolesistitin (KDX) destruktiv formalarının exoqrafik və hematoloji inteqral göstəricilərə əsaslanan erkən diaqnostik proqnozlaşdırıcılarının rolunu araşdırmaq məqsədilə aparılan elmi tədqiqat haqqında məlumat verilir. Tədqiqata cəlb edilmiş 116 pasiyent iki qrupa bölünmüşdür: I qrupa iltihabın kataral forması olan 53 nəfər, II qrupa isə fleqmonoz və qanqrenoz xolesistitli 63 nəfər daxil edilmişdir. Bütün pasiyentlərdə klinikaya daxil olduqdan sonra öd kisəsinin beş parametri təyin edilməklə ultrasəs müayinəsi aparılmışdır: kisənin uzunluğu (A), eni (B), uzunluğunnun enə nisbəti (A/B), qalınlığı və həcmi müəyyənləşdirilmişdir. 12 ümumi hematoloji göstəricinin (leykositoz, EÇS, neytrofillərin, limfositlərin, monositlərin, eozinofillərin və bazofillərin mütləq və nisbi sayının öyrənilməsi əsasında aşağıdakı hematoloji inteqral indekslər (Hİİ) hesablanmışdır. Tədqiqat göstərmişdir ki, pasiyentlərin müvafiq laborator göstəricilərinin dəyişiklikləri ilə KXD-nin klinik tipi arasında asılılıq vardır. İltihabi proses dərinləşdikcə və öd kisəsinin destruktiv dəyişiklikləri inkişaf etdikcə leykositlərin sayında və leykositar düsturda da dəyişikliklərin intensivliyi artır. Müəlliflər diaqnostik baxımdan əhəmiyyətli olan 3 parametrə öd kisəsinin uzunluğuna, periferik qanda leykositlərin sayına, limfosit-monosit nisbətinə əsaslanan diaqnostik indeks təklif etmişlər. Təklif edilmiş modelin diaqnostik dəyəri 94,8% təşkil edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


