QASIQ YIRTIĞI OLAN KİŞİLƏRDƏ İSTİFADƏ EDİLƏN MÜXTƏLİF HERNİOPLASTİKA ÜSULLARININ VƏ PLASTİK MATERİALLARIN UZAQ NƏTİCƏLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.004Açar sözlər
qasıq yırtıqları, hernioalloplastika, hernioplastikaXülasə
Məqalədə qasıq yırtığına görə aparılan operativ müalicədən sonrakı dövrdə müxtəlif hernioplastika üsullarının uzaq klinik nəticələrini və istifadə edilən implantların yararlığını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata cəlb edilmiş kişi cinsindən olan 109 pasiyent müalicə üsullarına görə 3 qrupa bölünmüşdür: kontrol qrup (58 xəstə) – İ.L.Lichtenstein üsulu ilə adı prolen tozla plastika; I tədqiqat qrup (27 xəstə) – Trabukko üsulu ilə T1 və T2 forma yaddaşlı bərk və yarımbərk “Hertra” protezləri ilə plastika; II tədqiqat qrup (24 xəstə) – İ.L.Lichtenstein üsulu ilə hissəvi sorulan monokrilprolenkompozitli “Ultropro” (Ethucon) torla plastika. Avropa Hernioloji Cəmiyyətinin (EHS,2007) təsnifatına əsasən qasıq yırtıqlarının formaları qruplarda uyğun olmuşdur (p>0,05). Müəyyən edilmişdir ki, hissəvi sorulan monokrilprolenkompozitli “Ultropro” (Ethucon) tordan istifadə edilməklə İ.L.Lichtenstein üsulu ilə aparılmış hernioplastika adi prolen tor tətbiqi şəraitində İ.L.Lichtenstein icra edilmiş hernioalloplastikadan 2,1 dəfə, forma yaddaşlı “Hertra” protezlərindən istifadə edilməklə Trabukko üsulu ilə aparılmış hernioalloplastikadan 1,8 dəfə az ağırlaşmalarla müşayət olunur (p<0,01) və texniki cəhətdən sadəliyi ilə fərqlənir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


