HEPATOSELLULYAR KARSİNOMANIN DİAQNOSTİKASINDA ULTRASƏSİN ROLU
DOI
https://doi.org/10.34921/amj.2021.3.001Açar sözlər
hepatosellulyar karsinoma, ultrasonoqrafiya, multidetektor kompyuter tomoqrafiyası (MDKT)Xülasə
Məqalədə birincili qaraciyər xərçənginin (hepatosellulyar karsinomanın) diaqnostikasında ultrasonoqrafiyanın (USQ) nətiçələri haqqında məlumat verilmişdir. Bu məqsədlə hepatosellulyar karsinoması olan 51 xəstənin USQ müayinəsinin nəticələri təhlil edilmişdir. Onlardan 42 xəstədə hepatosellulyar karsinoma USQ müayinəsində tək düyün, 4 xəstədə çox düyünlü, 5 xəstədə isə sirrozabənzər formada aşkar edilib.
Hepatosellulyar karsinomun düyünlü formasında 73,8% hallarda hipoexogen halqa (halo), 54,8% hallarda vaskulyarizasiyanın artması müşahidə edilir.
Tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, ultrasonoqrafiya müayinəsində hepatosellulyar karsinomanın daha çox tək düyünlü formada, qeyri-müəyyən konturla, hipoexogen halqa olması (halo), orta və ya artmış vaskulyarizasiya şəklində, arterial tipli qan cərəyanı ilə xarakterizə edilir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


