STRESLƏ ASSOSİASİYALI POZULMALARI OLAN KÖÇKÜN QADINLARDA KLİNİK GEDİŞATIN VƏ İNTİHAR RİSKİNİN YARANMASININ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.22Açar sözlər
streslə assosiasiyalı pozuntular, köçkün qadınlar, adaptasiya pozuntuları, posttravmatik stres pozuntusu, həyəcan və depressiya, intihar riskiXülasə
Məqalədə köçkün qadınlarda intihar riskinin inkişafını qiyməytləndirmək və onun klinik xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata streslə assosiasiya edən pozuntuları olan 178 qadın cəlb edilmişdir. Tədqiqat zamanı klinikanamnestik, klinik-psixopatoloji, psixodiaqnostik, psixometrik tədqiqat üsullarından və statistik işləmə metodlarından istifadə edilmişdir. Tədqiqatın nəticələrinə əsasən, pasiyentlərdə şəxsiyyət əlamətlərinin ümumi təzahürləri və reaksiyavermənin stereotip mexanizmi aydınlaşdırılmış, həm də müəyyən fərqliliklər aşkara çıxarılmışdır. Kompleks müayinələrdən alınmış nəticələrdən istifadə edilməklə pasiyentlərin fərdi və qrup xüsusiyyətləri nəzərə alınan psixoterapevtik korreksiya proqramı hazırlanmışdır. Müəyyən edilmişdir ki, köçkün qadınlarda streslə assosiasiyalı pozuntuların yaranmasının prediktoru məhs köçkünlüyə məruzqalma və onun nəticəsində baş verən psixi travmalar, stres hadisələri və ya həddən artıq emosional gərginlikdir. İntihara cəhdlərin şiddəti isə adaptasiya pozuntuları olan qadınlarda daha ağır keçir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


