BOĞULMUŞ QASIQ YIRTIĞININ CƏRRAHİ MÜALİCƏSİNİN UZAQ NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ: AÇIQ VƏ LAPARASKOPİK METODLARIN TƏHLİLİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.21Açar sözlər
boğulmuş qasıq yırtığı, hernioplastika, immun sistem, həyat keyfiyyəti, uzaq nəticələrXülasə
Məqalədə boğulmuş qasıq yırtığının açıq və laparoskopik üsullarla cərrahi müalicəsi zamanı immun sistemin fərdi korreksiyasının müalicənin nəticələrinə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata cəlb edilmiş 85 pasiyent 2 qrupa bölünmüşdür: 45 nəfərdən ibarət olan 1-ci qrupda laparoskopik hernioplastika (tordan istifadə edilməklə), 40 pasiyentdən ibarət olan müqayisə qrupunda isə boğulmuş qasıq yırtığının bərpası Lichtensteyn üsulu ilə aparılmışdır. Tədqiqat operativ müdaxilədən 6-8 ay sonra aparılmışdır. Xəstələrə immun korreksiya məqsədilə fərdi tövsiyələr verilmişdir. Qanda T- və B-limfositlərin ümumi sayı, T-limfositlərin CD3, CD19, CD4, CD8 və CD16 subpopulyasiyaları, qan serumunda IgA, IgM, IgG təyin edilmişdir. Bundan əlavə, xəstələrin həyat keyfiyyətini öyrənmək üçün “SF-36” sorğu metodundan istifadə edilmişdir. Müqayisə qrupunun pasiyentlərində CD3+ göstəricisi kontrolla müqayisədə azalmışdır (41,16±1,9%). Tx/Ts indeksi müqayisə qrupunda nisbətən az olmuşdur – 1,28±0,07. Sağlamlığın fiziki komponenti göstəricisi müqayisə qrupunda 46,68±4,25 bala bərabər olmaqla, əsas qrupun pasiyentlərindəkinə nisbətən 5,50% (p<0,05) az olmuşdur (əsas qrupda 52,18±5,96 bal: hər iki tədqiqat qrupunda operativ müalicədən sonrakı 12 ay ərzində təkrar hospitalizasiya halları qeyd edilməmişdir.) Bu, postoperasion dövrdə xəstələrə kompleks fərdi yanaşmanın effektivliyini göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


