İLKİN OCAĞI MƏLUM OLMAYAN SÜMÜK METASTAZLARININ DİAQNOSTİK GÖSTƏRİCİLƏRİNİN KLİNİK VƏ RADİOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.11Açar sözlər
İlkin ocağı məlum olmayan sümük metastazı, kriptogen metastaz, sümük metastazı, kompüter-tomoqrafiya, PET-KT, osteossintiqrafiyaXülasə
Məqalədə ilkin ocağı məlum olmayan sümük metastazı zamanı xəstələrdə istifadə edilən görüntüləmə metodlarının effektivliyini qiymətləndirmək və törəmənin morfoloji tipi, sayı və yerləşməsinə əsaslanan strukturlaşdırılmış yanaşma təklif etmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Araşdırmaya daxil edilmiş xəstələr ilkin olaraq kompüter tomoqrafiyası (KT) və ya rentgenoqrafiya müayinəsi ilə dəyərləndirilmiş, şübhəli sümük törəməsi müşahidə edildikdə əlavə olaraq PET-KT (Pozitron Emissiyon Tomoqrafiya) və ya osteossintiqrafiya aparılmışdır. Hər xəstə üçün törəmənin tipi (osteolitik, osteoblastik, qarışıq), sayı və anatomik yerləşməsi qeydə alınmış və bu parametrlərlə istifadə edilən görüntüləmə metodları arasında əlaqə təhlil olunmuşdur. Alınmış nəticələrdən aydın olmuşdur ki, törəmənin morfoloji tipi və yayılma xüsusiyyətləri görüntüləmə metodlarının seçiminə əhəmiyyətli şəkildə təsir edir. Bu əsasda formalaşdırılan mərhələli yanaşma sümük metastazlarının daha rasional və məqsədyönlü diaqnostikasına töhfə verə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


