HƏRBİ QULLUQÇULAR ARASINDA REFRAKTİV CƏRRAHİYYƏDƏN ƏVVƏL VƏ SONRA QURU GÖZ SİNDROMUNUN YAYILMASI VƏ MÜALİCƏSİNİN EFFEKTİVLİYİ

Müəlliflər

  • S.R. Orucova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası

DOI

https://doi.org/10.34921/amj.2025.3.10

Açar sözlər

quru göz sindromu, refraktiv cərrahiyyə, hərbi qulluqçular, həyat keyfiyyəti

Xülasə

Məqalədə refraktiv göz cərrahiyyəsindən əvvəl və sonra hərbi qulluqçular arasında quru göz sindromunun (QGS) yayılma tezliyinin və müalicəsinin effektivliyinin araşdırılması məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata yaşı 20-dən 35-ə qədər olan 185 hərbi qulluqçu qəbul edilmiş və onlar 2 qrupa bölünmüşdür. Birinci qrupa (əsas qrup, n=90) refraktiv cərrahi müdaxilədən əvvəl standart hazırlıqla yanaşı QGS əleyhinə müalicə — süni göz yaşı damcıları, zərurət olduqda 0,05% siklosporin göz damcıları və blefarit/meybom vəzi disfunksiyası əlamətləri olduğu hallarda göz qapaqlarının gigiyenası (isti kompreslər) təyin edilmişdir, ikinci qrupda (kontrol qrupu, n=95) isə yalnız standart yanaşma icra olunmuşdur. Refraktiv cərrahi müdaxilədən 1 ay sonra ümumilikdə 149 (80,5%) pasiyentdə müxtəlif dərəcəli göz quruluğu aşkarlanmışdır. Belə ki, I qrupda 63 (70%) pasiyentdə QGS simptomları (yüngül dərəcəli – 40 pasiyent; orta dərəcəli – 23 pasiyent) qaldığı halda, standart yanaşma qrupunda 86 (90%) pasiyentdə quru göz əlamətləri (yüngül dərəcəli – 54 pasiyent; orta dərəcəli – 23 pasiyent; ağır dərəcəli – 9 pasiyent) aradan qalxmamışdır (χ²-test, p<0,05). Ağır dərəcəli QGS halları yalnız müalicə almayan kontrol qrupunda aşkarlanmışdır. Əməliyyatdan sonra 6-cı ayda hər iki qrupun göstəricilərində yaxşılaşma müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Orucova, S. (2025). HƏRBİ QULLUQÇULAR ARASINDA REFRAKTİV CƏRRAHİYYƏDƏN ƏVVƏL VƏ SONRA QURU GÖZ SİNDROMUNUN YAYILMASI VƏ MÜALİCƏSİNİN EFFEKTİVLİYİ. Azərbaycan Tibb Jurnalı, (3), 55–61. https://doi.org/10.34921/amj.2025.3.10

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR