VAXTINDAN ƏVVƏL DOĞULAN PERİNATAL ENSEFALOPATİYALI UŞAQLARDA İNFEKSİON PROSES ZAMANI QAN SERUMUNDA ANTİMİKROB PEPTİDLƏRİN SƏVİYYƏSİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.07Açar sözlər
perinatal ensefalit, defenzin, katelisidin, kalprotektin və laktoferrinXülasə
Məqalədə vaxtından əvvəl doğulmuş perinatal ensefaliti olan qeyri-müəyyən və ya dəqiqləşdirilməmiş infeksiyalı uşaqların qanında antimikrob peptidlərin (defenzin, katelisidin, kalprotektin və laktoferrin) səviyyəsini öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat işinə vaxtından əvvəl doğulmuş perinatal ensefalitli uşaqlar və bu patologiya ilə doğulmuş, qeyri-müəyyən və ya dəqiqləşdirilməmiş infeksiyalı uşaqlar daxil edilmişdir. Aparılan tədqiqatda vaxtından əvvəl doğulan uşaqların qanında defenzinin, katelisidinin və kalprotektinin vaxtında doğulanlara nisbətən azalması müşahidə edilmişdir. Tədqiqat göstərmişdir ki, perinatal ehsefalit olan vaxtında doğulan və əlavə infeksion prosesə məruz qalmış uşaqlarda defenzinin, katelisidinin, kalprotektinin və laktoferrinin konsentrasiyası tək ensefaliti olan yenidoğulmuşlardakına nisbətən əhəmiyyətli dərəcədə artıq olur. Yenidoğulmuşlarda antimikrob peptidlərin artması infeksiyalara qarşı iltihabi proseslərin dərinləşdiyini və anadangəlmə immunitetin aktivləşdiyini göstərir. Aparılan antibiotikterapiyadan sonra antimikrob peptidlərin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


