SÜD VƏZİSİ XƏRÇƏNGİ OLAN QADINLARDA HER-2 GEN MUTASİYALARI VƏ BƏZİ BİOKİMYƏVİ GÖSTƏRİCİLƏRİN DƏYİŞİKLİKLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.3.05Açar sözlər
süd vəzisi xərçəngi, HER-2 geni, mutasiya, matriks zülalarıXülasə
Məqalədə süd vəzisi xərçəngi (SVX) olan qadınların qan serumunda matriks zülallarının səviyyəsi və HER-2 neqativ tipə malik xərçəng toxumasında HER-2 geninin mutasiyalarının araşdırılmasını əks etdirən tədqiqat işi haqqında məlumat verilir. Tədqiqata 2023-2024-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinə müraciət etmiş 30-75 yaşlı 74 qadın üzərində aparılmış tədqiqatın nəticələri daxil edilmişdir. Kontrol qrupuna 15 nəfər 25-38 yaşlı praktik sağlam qadın daxil edilmişdir. Tədqiqat göstərmişdir ki, HER-2-neqativ tipli SVX olan xəstələrdə HER2 geninin mutasiyalarının heç biri aşkarlanmamışdır. Qan serumunda matriks metalloproteinaza-9-un (MMP-9) səviyyəsi SVX olan qadınlarda (n=83) sağlam qadınlardakına nisbətən statistik əhəmiyyətli azalmışdır (p<0,001), MMP-7-nin səviyyəsi isə statistik əhəmiyyətli dəyişməmişdir (p=0,464). Bu göstəricilərdə yarımqruplar arasında statistik etibarlı fərq aşkar edilməmişdir. SVX zamanı qan serumunda MMP-9-un səviyyəsinin azalması toxumada gedən proseslərlə əlaqəli olub, əsasən şiş toxumasında hüceyrəətrafı mühitdə onun sərfiyyatının artması ilə əlaqələndirilir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


