ARTIQ ÇƏKİLİ XƏSTƏLƏRDƏ BUD-ÇANAQ OYNAĞININ TOTAL ARTROPLASTİKASININ NƏTİCƏLƏRİ

Müəlliflər

  • C.Ə. Nəsirli Azərbaycan Tibb Universiteti
  • E.S. Orucov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.09

Açar sözlər

artıq çəki, osteoartroz, artroplastika, BKİ, infeksiya, həyat keyfiyyəti, EQ-5D-5L, OHS

Xülasə

Məqalədə total bud-çanaq artroplastikasından sonra infeksiyaya yoluxma hallarını qiymətləndirməklə və EQ-5D-5 L və OHS şkalasının nəticələrindən istifadə etməklə artıq çəkidən və piylənmədən əziyyət çəkən xəstələrin müalicə prosesinə uyğunluğunu araşdırmaq məqsədilə aparılmış tədqiqatın nəticələri şərh edilmişdir.Tədqiqata bud-çanaq oynağının total artroplastikası əməliyyatı keçirmiş 106 xəstə daxil edilmişdir. Xəstələr bədən kütləsi indeksinə (BKİ) görə 3 qrupa ayrılmışdır: normal BKİ olan 50 xəstə (I qrup), yüksək BKİ olan 24 xəstə (II qrup) və BKİ üzrə piylənmə qeydə alınan 32 xəstə (III qrup). Tədqiqatın gedişatında həyat keyfiyyətinin təyin edilməsi üçün EQ-5D-5 L anket sorğusundan istifadə edilmişdir. EQ5D-5 L faydalı dəyərlərinin proqnozlaşdırılması üçün Oksford bud-çanaq oynağı şkalasından (Oxford Hip Score (OHS)) istifadə edilmişdir. Əməliyyatdan sonra dərhal 3 və 6 ay sonra EQ-5D-5 L üzrə statistik etibarlı fərqlər olmamışdır. OHS üzrə əməliyyatdan dərhal sonra qrupların göstəriciləri arasında fərq olmamışdır. Əməliyyatdan 6 ay sonra OHS anket sorğusu üzrə I qrupda bal göstəriciləri II qrupa nisbətən statistik etibarlı yüksək olmuşdur (t=2,08, p=0,0410, p<0,05). Sağlamlığı daha yaxşı olan xəstələrdə faydalılıq ballarının proqnozu daha uyğun idi. Buna görə də, sağlamlığı zəif olan xəstələr üçün proqnoz modelləri ilə bağlı əlavə tədqiqatlar tövsiyə olunur. Total bud-çanaq artroplastikasından keçmiş xəstələrin həyat keyfiyyətinin dinamikasının qiymətləndirilməsi BKİ səviyyəsindən asılı olaraq xəstələrdə fiziki və psixi sağlamlıq göstəricilərində statistik əhəmiyyətli yaxşılaşma olduğunu göstərmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Nəsirli, C., & Orucov , E. (2025). ARTIQ ÇƏKİLİ XƏSTƏLƏRDƏ BUD-ÇANAQ OYNAĞININ TOTAL ARTROPLASTİKASININ NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 49–54. https://doi.org/10.34921/amj.2025.3.09

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR