XRİZOTİL TOZUNUN TƏSİRİNƏ MƏRUZ QALMIŞ İŞÇİLƏR ARASINDA ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ İLƏ MÜŞAYİƏT EDİLƏN XƏSTƏLƏNMƏ HALLARININ TƏHLİLİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.016Açar sözlər
temporary disability, occupational health, chrysotile asbestos, morbidity trendsXülasə
Məqalədə 2014-2023-cü illər ərzində "Kostanay Mineralları" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin sağlamlıq vəziyyətinin təhlilinə dair məlumat verilmişdir. Tədqiqatın məqsədi xrizotil tozlarının təsirinə məruzqalma şəraitində işləyənlər arasında əmək qabiliyyətinin müvəqqəti itirilməsi (ƏQMİ) ilə müşayiət edilən xəstələnmə hallarının səviyyəsini və strukturunu müəyyənləşdirməkdən ibarət olmuşdur. Ümumiyyətlə 21737 “insan-il” göstəricilərinin xəstəlik vərəqələrinin məlumatları əsasında retrospektiv epidemioloji tədqiqat aparılmışdır. Xəstələnmə səviyyəsi E.L. Notkin şkalası üzrə qiymətləndirilmiş, təsviri statistika ANOVA, loqistik reqressiyası və zaman trendinin analiz metodlarından istifadə edilmişdir. Diaqnostikada XBT-10 təsnifatından istifadə edilmişdir. Tədqiqat xüsusilə 2020-ci ildən sonrakı dövrdə ƏQMİ ilə xəstələnmə hallarında artmağa meyl olduğunu aşkara çıxarmışdır: hər 100 nəfərə düşən xəstələnmə halları 169,4%, itirilmiş iş günlərinin sayı isə 134,0% artmışdır. Xəstələnmə hallarının ümumi strukturunda tənəffüs sistemi (38,4%), istinad-hərəkət sistemi (23,5%) və ürək-damar sistemi (13,7%) xəstəliklərinin artımı daha yüksək olmuşdur. Kişilər və yaşı 30-dan aşağı olanlar arasında xəstələnmə hallarına daha çox təsadüf edilmişdir. Ən uzunmüddətli ƏQMİ isə iş stajı 40 ildən artıq olan işçilərdə müşahidə edilmişdir. Loqistik reqressiya analizi xəstələnmə ehtimalına yaşın, cinsiyyətin və iş stajının təsir etdiyini göstərmişdir. Beləliklə, xrizotil tərkibli istehsalat tozlarının uzunmüddətli təsirinə məruz qalan işçilərdə xəstələnmə səviyyəsi getdikcə artır. Bu, xüsusən tənəffüs və istinad-hərəkət sistemlərinin xəstəliklərinə aiddir. Tədqiqatdan alınmış nəticələr xüsusilə kişi cinsindən olan az stajlı və yaşlı işçilər arasında profilaktik tədbirlər aparmağın vacib olduğunu sübut edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


