İDMANÇININ ÜRƏYİNİN XÜSUSİYYƏTİ İLƏ CİNSİYYƏTİNİN VƏ İDMAN FƏALİYYƏTİNİN MÜDDƏTİNİN ƏLAQƏSİ

Müəlliflər

  • Serhiy V. Popov Sumı Dövlət Universiteti
  • Mark Turner Liverpul Universiteti
  • Andriy M. Loboda Sumı Dövlət Universiteti
  • Viktoriia O. Petrashenko Sumı Dövlət Universiteti
  • Svitlana I. Bokova Sumı Dövlət Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.031

Açar sözlər

idmançının ürəyi, remodeling, exokardiografiya

Xülasə

Məqalədə idmançıların ürəyinin sol mədəciyinin ölçüsü ilə cinsiyyəti və fiziki məşqlərin müddəti arasındakı əlaqəni öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 29 kişi və 25 qadın olmaqla 54 idmançı cəlb edilmişdir. Fiziki məşqlərin səviyyəsi və uğuru milli dərəcə təsnifatına uyğun olaraq qeydə alınıb. Ürəyin əsas strukturlarının ölçüsünü müəyyən etmək üçün ümumi qəbul edilmiş üsullardan istifadə edilərək exokardioqrafik müayinə aparılmışdır. Göstəricilər bədən səthinin sahəsinə və hündürlüyünə görə uyğunlaşdırılmışdır. Tədqiqat göstərmişdir ki, idmançı kişilərin 24,14 faizində, qadınların isə 32 faizində sol mədəciyin diametri istinad normasından artıqdır. Müayinə olunan 54 subyektdən 52-də sol mədəciyin diametrinin orta normal dəyərə nisbətən artıqlığı aşkar edilmişdir. Sol mədəciyin diametrinin artması ilə idman fəaliyyətinin müddəti arasında mənfi əlaqə aşkarlanmışdır. Sol mədəciyin genişlənməsi idmançıların dörddəbirində, kişilərdə və qadınlarda bərabər tezlikdə aşkar edilmişdir. Sol mədəciyin genişlənməsi ehtimalı 5-10 il ərzində məşqlə əlaqədar olaraq artmışdır. Bu artımın sürəti kişilərdə daha aydın təzahür etmiş və 10-illik məşqdən sonra azalmağa meyl etmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Popov, S. V., Turner, M., Loboda, A. M., Petrashenko, V. O., & Bokova, S. I. (2025). İDMANÇININ ÜRƏYİNİN XÜSUSİYYƏTİ İLƏ CİNSİYYƏTİNİN VƏ İDMAN FƏALİYYƏTİNİN MÜDDƏTİNİN ƏLAQƏSİ. Azərbaycan Tibb Jurnalı, (2), 193–198. https://doi.org/10.34921/amj.2025.2.031

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT