SİDİK DAŞLARININ TƏRKİBİNİN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • S.M. Kolupayev Xarkov Milli Tibb Universiteti
  • V.N. Lesovoy Xarkov Milli Tibb Universiteti
  • O.P. Medvedeva Xarkov Fiziki-Texniki institutunun Milli elmi mərkəzi
  • M.A. Lesovaya Xarkov Beynəlxalq Tibb Universiteti
  • V.V. Qargin Xarkov Beynəlxalq Tibb Universiteti; Xarkov Milli Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.030

Açar sözlər

sidikdaşı xəstəliyi, sidik daşlarının mineral tərkibi, cinsiyyət, yaş

Xülasə

Məqalədə 124 xəstənin sidik yollarından təbii yolla xaric olmuş və ya azinvaziv üsullarla xaric edilmiş sidik daşlarının tərkibinin infraqırmızı spektroskopiya vasitəsilə tədqiqinin nəticələri şərh edilmişdir. Tədqiq edilən sidik daşı nümunələrinin əksəriyyətinin (106 nümunə - 74,2%) tərkibinin iki və ya daha artıq mineraldan ibarət olduğu müşahidə edilmişdir. Sidik daşlarının tərkibində hansı mineralın 50%-dən çox olmasından asılı olaraq 3 tipi ayırd edilmişdir: 1-ci tip -oksalat-kalsium daşları: bunların tərkibində kalsium-oksalatın monohidratları (vevelit) və dihidratları olan (vedelit) növləri vardır; 2-ci tip - fosfor-kalsium daşları: bunların ümumi kütləsinin 50%-dən artığı apatit, hidroksiapatit və flüorapatitdən ibarətdir; 3-cü tip - tərkibində sidik turşusu və onun dihidratı daha çox olan daşlardır. 1-ci tip sidik daşları digər daşlara nisbətən daha çox və xüsusilə kişilərdə müşahidə edilmişdir. 2-ci və 3-cü tip daşların rastgəlmə tezliyi isə pasiyentlərin cinsiyyətindən asılı olmamışdır. 1-ci tip sidik daşlarına bütün yaş qruplarında rast gəlinsə də, onların 30-39 yaşlı şəxslərdə daha çox (41,38) olduğu müşahidə edilmişdir. 2-ci tip sidik daşları isə 40-49 yaşlı pasiyentlər qrupunda digər yaşlara nisbətən artıq (33,3%) olmuş, böyük yaş qruplarında get-gedə azalmışdır. 3-cü tip daşların ən az rast gəlindiyi yas qrupu isə 30-39 yaşlar idi. Sidik daşlarının bu tipinə 50-59 yaşlı pasiyetlər qrupunda daha çox - 52,94% təsədüf edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Kolupayev, S., Lesovoy, V., Medvedeva, O., Lesovaya, M., & Qargin, V. (2025). SİDİK DAŞLARININ TƏRKİBİNİN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 187–192. https://doi.org/10.34921/amj.2025.2.030

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT