XRONİK NEYROİLTİHAB ZAMANI HİPPOKAMPIN MİKROQLİYA HÜCEYRƏLƏRİNİN İMMUNHİSTOKİMYƏVİ DƏYİŞİKLİKLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.2.027Açar sözlər
neyroiltihab, hipokamp, mikroqlia, lipopolisaxarid, immunhistokimyaXülasə
Məqalədə hipokampın neyroqliya hüceyrələrinin müxtəlif neyroiltihab nəticəsində törənən dəyişikliklərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Xronik neyroiltihab modeli ağ siçanlara ardıcıl olaraq 7 gün ərzində hər 1 kq çəkiyə 0,75 mq olmaqla peritondaxili Escherichia coli lipopolisaxaridinin (LPS) yeridilməsi ilə yaradılmışdır. Sonuncu LPS injeksiyasından 10 həftə sonra eksperimental heyvanların baş beyin tikələrindən histoloji kəsiklər əldə edilmişdir. Həm hematoksilin-eozinlə boyanmış nazik, həm toluidin abısı ilə boyanmış yarımnazik kəsiklərin, həm də İBA-1 antigeninə qarşı qoyulmuş immunohistokimyəvi reaksiyaların təhlili göstərmişdir ki, hipokampın və böyük yarımkürələr qabığının ön alın payında yerləşən mikroqliya hüceyrələrinin ümumi sayı artmış, damarətrafı zonalarda, eləcə də degenerativ neyronların yaxınlığında bu hüceyrələr toplantı şəklində yerləşmişdir. Morfoloji təhlil isə onların böyük əksəriyyətinin aktivləşmiş M1 mikroqliya fenotipinə uyğun olduğunu aşkar etmişdir. Alınan nəticələr göstərir ki, sistemli iltihab modeli yaradıldıqdan on həftə keçməsinə baxmayaraq, baş beyin toxumasında davam edən immun aktivasiya və neyroiltihab reaksiyaları, prosesin xronik hal aldığını sübut edir. Bu isə gələcəkdə bir çox nevroloji və neyrodegenerativ xəstəliklərin inkişafına əlverişli şərait yaradır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


