ORTODONTİK PASİYENTİN TİBBİ KARTASININ TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ KLİNİK PRAKTİKADA TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2025.2.024Açar sözlər
ortodontik sənədlər, tibbi kart, ortodontik müayinəXülasə
Məqalədə Azərbaycan Tibb Universitetinin Ortodontiya kafedrasında klinik praktikada istifadə üçün nəzərdə tutulmuş, elmi cəhətdən əsaslandırılmış və strukturlaşdırılmış ortodontik tibb kartının hazırlanması məqsədilə aparılmış tədqiqatın nəticələri əks etdirilmişdir. Tədqiqatda özəl və dövlət stomatoloji müəssisələrindən toplanmış 12 stomatoloji kartın təhlili aparılmışdır. Əlavə olaraq, 35 mütəxəssis — ortodontiya üzrə müəllim və praktik stomatoloqlar arasında ekspert sorğusu keçirilmişdir. Təhlil və ekspert rəyinə əsasən diaqnostik, müalicəvi və inzibati bölmələri əhatə edən ixtisaslaşmış ortodontik kartın pilot versiyası hazırlanmış və sınaqdan keçirilmişdir. Kart üç ay müddətində Azərbaycan Tibb Universitetinin Ortodontiya kafedrasında və universitetin stomatoloji klinikasında klinik praktikada tətbiq edilmişdir. Yeni kartın strukturu formalaşdırılarkən beynəlxalq tövsiyələr, sistematik icmallardan əldə edilmiş elmi məlumatlar və normativ-metodik sənədlərin məzmunu nəzərə alınmışdır. Kartın tərkibinə beynəlxalq səviyyədə qəbul edilmiş ortodontik indekslər — IOTN (Ortodontik Müalicəyə Ehtiyac İndeksi), ICON (Ağırlıq, Nəticə və Ehtiyac İndeksi), DAI (Diş-Estetik İndeksi) daxil edilmişdir. Yeni ortodontik pasiyent kartı bütün zəruri məlumatların strukturlaşdırılmış şəkildə toplanmasını təmin etdiyinə və mütəxəssislər arasında kommunikasiya keyfiyyətini artırdığına görə, tədris və hüquqi sənəd kimi istifadə edilməklə ortodontiyada elektron tibbi sənədləşməyə keçid üçün baza kimi istifadə edilə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


