BAKIDA ƏHALİNİN İNSULTLA XƏSTƏLƏNMƏSİNİN MÖVSÜMİLİYİNİN ÜMUMİ XARAKTERİ VƏ RAYONLAR ÜZRƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • G.R. Quliyeva Azərbaycan Tibb Universiteti
  • R.K. Şirəliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2025.2.023

Açar sözlər

insultla xəstələnmə riski, insultla xəstələnmə tezliyi, insultla xəstələnmənin mövsümlə əlaqəsi

Xülasə

Məqalədə Bakı şəhərinin fərqli ekoloji şəraiti olan rayonlarında əhalinin insultla xəstələnməsinin mövsümdən asılı dəyişməsini qiymətləndirmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat işində tam təqvim ili ərzində (01.01.2023-31.12.2023) Bakı şəhərində təcili və təxirəsalınmaz tibbi yardım müəssisələrində, poliklinika və xəstəxanalarda qeydə alınmış bütün insult halları barədə məlumat toplanmışdır. İnsult halları xəstələrin yaşadıqları yerlərə (Bakı şəhərinin rayonlarına) görə və hər rayonda ay, mövsüm və ilin dövrünə (soyuq və isti aylar)uyğun bölünmə aparılmışdır. Xəstəliyin regionlararası, mövsümi artımının etibarlılığı Pirson testi (xi-kvadrat) ilə qiymətləndirilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, Bakı şəhərində insult halları ilin isti və soyuq dövrlərində nəzərəçarpacaq dərəcədə fərqlənib. Oxşar vəziyyət Xətai, Qaradağ, Səbail, Yasamal rayonlarında da olmuşdur. Yekunda qeyd etmək olar ki, Bakı şəhəri və şəhərin bəzi rayonlarda insult hallarının mövsümi tərəd­düdləri ümumi xarakterə malikdir (yazda insidentlərin artması və soyuq dövrdə yüksək risk). Böyük bir şəhərdə insult hallarının rastqəlmə tezliyinin mövsümi dəyişmələri onun rayonların üçün də xarakterik ola bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Quliyeva, G., & Şirəliyeva, R. (2025). BAKIDA ƏHALİNİN İNSULTLA XƏSTƏLƏNMƏSİNİN MÖVSÜMİLİYİNİN ÜMUMİ XARAKTERİ VƏ RAYONLAR ÜZRƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 144–149. https://doi.org/10.34921/amj.2025.2.023

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ