COVID-19 PANDEMİYASININ MÜXTƏLİF XƏSTƏLİKLƏRLƏ ƏLAQƏLİ İZAFİ ÖLÜM RİSKİNƏ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2025.2.022Açar sözlər
ölüm riski, COVID-19, pandemiyanın təsiriXülasə
Məqalədə COVID-19 pandemiyası ilə əlaqəli ölüm səbəblərindən asılı olan izafi ölüm hadisələrinin tezliyini qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqatda 2018–2022-ci illər üzrə Azərbaycanda əhalinin ölüm səviyyəsinə dair rəsmi statistik materiallardan istifadə edilmişdir. Ölüm hallarının artım tempi, orta illik ölüm halları və artıq ölüm səviyyəsi qiymətləndirilmişdir. Tədqiqat göstərmişdir ki, Azərbaycanda 2019–2022-ci illər ərzində 2018-ci illə müqayisədə ölüm hallarının artım tempi 97,7–134,3% intervalında dəyişmişdir. Ən yüksək artım tempi bəzi yoluxucu və parazitar xəstəliklərlə (884,4%) əlaqəli olmuşdur. 2022-ci ildə də yoluxucu xəstəliklər, sinir sistemi xəstəlikləri və dəqiqləşdirilməmiş səbəblər (simptom və sindromlar) nəticəsində ölüm səviyyəsi yüksək qalmışdır. Beləliklə, Azərbaycanda COVID-19 pandemiyası dövründə yoluxucu xəstəliklər, tənəffüs sistemi, qan dövranı sistemi, sinir sistemi xəstəlikləri və dəqiqləşdirilməmiş səbəblər nəticəsində əhalinin ölüm səviyyəsində artım müşahidə edilmişdir. Orta illik ölüm artımı səviyyəsi qan dövranı sistemi xəstəlikləri üzrə 0,828‰, yoluxucu xəstəliklər üzrə 0,566‰, dəqiqləşdirilməmiş səbəblər üzrə 0,122‰, bütün səbəblər üzrə isə 1,95‰ olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


