AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCƏ ŞƏHƏRİNDƏ 2005-2009 VƏ 2019-2024-сü İLLƏRDƏ QEYDƏ ALINAN EPİLEPSİYALI PASİYENTLƏRİN XƏSTƏLİYİN KLİNİK TİPLƏRİNƏ GÖRƏ MÜQAYİSƏLİ TƏHLİLİ

Müəlliflər

  • L.Q. Bayramova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.020

Açar sözlər

epilepsiya xəstəliyi, epilepsiyanın klinik formaları, neyrovizualizasiya metodları

Xülasə

2005-2009 və 2019–2024-cü illər ərzində Gəncə şəhərində qeydə alınmış epilepsiyalı xəstələrdə xəstəliyin klinik xüsusiyyətləri və epilepsiya tiplərinin paylanma dinamikası müqayisəli şəkildə təhlil edilmişdir. Tədqiqata cəlb edilən pasiyentlərdə əsas üstünlük təşkil edən forma fokal simptomatik epilepsiya olmuş, lakin bu forma zamanla azalmağa meyl etmişdir. Generalizə olunmuş epilepsiya hallarının əhəmiyyətli dərəcədə artdığı (10,0% → 27,1%) müşahidə edilmişdir. Xüsusilə gicgah və alın paylarında müşahidə edilən simptomatik epilepsiyalar əvvəlki dövrlə müqayisədə azalsa da, ümumi strukturda hələ də üstünlük təşkil edir. Eyni zamanda, fokal idiopatik epilepsiya əvvəllər yalnız alın payında müşahidə edildiyi halda, son dövrdə beyin qabığının müxtəlif bölgələrində də qeydə alınması diaqnostik imkanların genişləndiyini göstərir. Tədqiqat göstərmişdir ki, Gəncə şəhərində epilepsiyanın yayılma sıxlığı müxtəlif amillərdən asılı olaraq dəyişikliyə uğrayır. Gəncə şəhərində 2005-2009 və 2019-2024-cü illərdə epilepsiya ilə əlaqəli tibbi məlumatların müqayisəli analizi, həm bu dövrlər ərzində xəstələrin klinik formalarının necə dəyişdiyini, həm də bu dəyişikliklərin müalicə metodları və diaqnostik yanaşmalarla əlaqəsini araşdırmağı hədəfləyir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Bayramova, L. (2025). AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCƏ ŞƏHƏRİNDƏ 2005-2009 VƏ 2019-2024-сü İLLƏRDƏ QEYDƏ ALINAN EPİLEPSİYALI PASİYENTLƏRİN XƏSTƏLİYİN KLİNİK TİPLƏRİNƏ GÖRƏ MÜQAYİSƏLİ TƏHLİLİ. Azərbaycan Tibb Jurnalı, (2), 125–129. https://doi.org/10.34921/amj.2025.2.020

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ