GƏNC İNSANLARDA BEL OSTEOXONDROZUNUN ŞÜA DİAQNOSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2025.2.017Açar sözlər
şüa diaqnostikası, bel osteoxondrozu, gənc şəxslərXülasə
Məqalədə bel osteoxondrozununklinik və nevroloji əlamətləri olan 85 xəstədə şüa diaqnostikası metodları ilə aparılmış tədqiqatın nəticələri haqqında məlumat verilir. Onlardan 31-i yeniyetmə (17-21 yaş) (I qrup), 54-ü gənc (22-44 yaş) yaşda (II qrup) olub. I qrupda disk protruziyası 18,1%, disk yırtığı 5,8% (P<0,001), II qrupda isə müvafiq olaraq 27,9% və 17,0% (p<0,01) müşahidə edilmişdir. Protruziya və yırtıq yeniyetməlik dövrünə nisbətən gənc yaşda əhəmiyyətli dərəcədə (p*<0,05 və p*<0,001) daha çox qeydə alınıb. Rentgenoloji olarag fəqərəarası məsafənin azalması protruziya zamanı disklərin77,5%-də, yırtıq zamanıdisklərin85,2%-də qeyd olunub; onların ultrasəslə birbaşa vizualizasiyasi 96,1%-də və 96,3%-də qeyd olunmuşdur (p<0,001 və p<0,05). L5-S1 və L4-L5 səviyyələrində protruziyavə yırtıqların geyd olunma tezliyi əhəmiyyətli dərəcədə fərqlənmir. L3-L4 səviyyəsində protruziya 15,7%, yırtıq 5,6% hallarda müşahidə edilib (p<0,05). Bel diskləri yırtıqinin diaqnostikasında ultrasəsin həssaslığı 96,2%, spesifikliyi 100,0%, dəqiqliyi 96,3% təşkil etmişdir. Belosteoxondrozunun diaqnostikasında şüamüayinəsiüsullarının müqayisəsi göstərmişdir ki, ultrasəslə müayinərentgenoqrafiyadan üstündür və MRT ilə eyni imkanlara malikdir. Yeniyetmələr arasında disklərdə protruziya və yırtığın aşkarlanması onlarda osteoxondrozun inkişafının diaqnostikadan çox əvvəl başladiğını göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


