PNEVMONİYALI PEDİATRİK XƏSTƏLƏRİN QAN SERUMUNDA İL-17 SƏVİYYƏSİNİN KLİNİK ƏHƏMİYYƏTİ

Müəlliflər

  • Х. Vaqif qızı İstanbul Universiteti
  • G.M. Nəsrullayeva Azərbaycan Tibb Universiteti
  • V.R. Məmmədova Azərbaycan Tibb Universiteti
  • O.R. İsayev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/anqj.2025.2.008

Açar sözlər

İL-17, sitokin, pnevmoniya, ağciyar toxuması

Xülasə

Məqalə pnevmoniya xəstəliyinə görə stasionar müalicə alan 0-16 yaş arasında 60 xəstə (əsas qrup) və 20 praktik sağlam uşaq (kontrol qrupu) daxil edilmiş araşdırmanın nəticələrindən bəhs edilir. Tədqiqat işi pnevmoniya xəstəliyi zamanı uşaqların qan serumunda İL-17-nin konsentrasiyasının dəyişməsini öyrənmək məqsədi ilə aparılmışdır. Əsas və kontrol qruplarda uşaqların qan serumunda İL-17 sitokininin səviyyəsi mü­qa­yisə edilmişdir. Qan serumunda İL-17 səviyyəsi immunferment üsulu ilə (ELİSA) müəyyən­ləşdiril­mişdir. Əsas qrupa daxil olan uşaqların qan serumunda İL-17-nin səviyyəsinin kontrol qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olduğu müəyyən edilmişdir (p˂0,001). Pnevmoniya diaqnozlu xəstələr radioloji müayinənin nəticəsinə görə üç qrupa bölünmüşdür; 30 ocaqlı, 19 lobar, 11 seqmentar pnevmoniya. Xəstəliyin ağırlıq dərəcəsinə görə lobar pnevmoniyalı xəstələr qrupunda daha ağır gedişat qeydə alınmış, seqmentar və ocaqlı pnevmoniyalarla müqayisədə qan serumunda İL-17-nin səviyyəsi daha yüksək olmuşdur. Pnevmoniyalı xəstələr həmçinin 6 yaşdan yuxarı və 6 yaşdan aşağı qruplara ayrılmış və qan serumunda İL-17 səviyyəsini müqayisə etdikdə, yaş qrupları arasında statistik əhmiyyət kəsb edən nəticə əldə edilməmişdir (p˂0,63). Nəticə olaraq, pnevmoniyalı xəstələrin qan serumunda iltihab sitokini olan İL-17-nin səviyyəsi, sağlam qrupda olduğundan yüksək olmuşdur və ağciyər toxumasında iltihabi prosesin dərinliyinə müvafiq olaraq daha da artmışdır.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Vaqif qızı Х., Nəsrullayeva, G., Məmmədova, V., & İsayev, O. (2025). PNEVMONİYALI PEDİATRİK XƏSTƏLƏRİN QAN SERUMUNDA İL-17 SƏVİYYƏSİNİN KLİNİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (2), 45–49. https://doi.org/10.34921/anqj.2025.2.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR