PARODONTUN İLTİHABİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA OPTİMAL VASİTƏLƏRİN TƏTBİQİ

Müəlliflər

  • R.M. Məmmədov Azərbaycan Tibb Universiteti
  • V.M. Həsənov Azərbaycan Tibb Universiteti
  • Ə.V. Orucov Azərbaycan Tibb Universiteti
  • G.X. Əliyev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.007

Açar sözlər

diş eti, parodontit, qinqivit, qanama, ağız boşluğu gigiyenası

Xülasə

Məqalədə parodontun iltihabi xəstəliklərinin müalicə üsullarının effektivliyinin klinik monitorinqi ilə bağlı məlumatlar təqdim edilir. Tədqiqata 3 müşahidə qrupuna bölünmüş 58 pasiyent cəlb edilmişdir. Kontrol qrupunda (18 nəfər) müalicə ənənəvi metodlarla həyata keçirilmışdır; müqayisə qrupundakı 20 pasiyent müalicə məqsədilə ənənəvi metodlara əlavə olaraq, “Curasept ADS 712” adlı diş pastasından istifadə etmişdir; əsas qrupdakı pasiyentlərə (20 nəfər) “Curaprox enzycal 1450” adlı diş pastası təyin edilmişdir. “Curaprox enzycal 1450” diş pastasının xronik kataral gingivitli və yüngül dərəcəli xronik parodontitli pasiyentlərin müalicəsində istifadə edilməsi, bu preparatın həm profilaktik, həm də yüksək müalicəvi effektə malik olduğunu göstərmiş və qeyd olunanlar Muhleman-SBI qanaxma indeksindən alınmış nəticələrdə təsdiqini tapmışdır. Aparılmış müayinələrin nəticələri göstərmişdir ki, yüngül dərəcəli xronik generalizasiya etmiş parodontitin müalicəsi üçün təklif edilmiş “Curaprox enzycal 1450” ağız boşluğunun “ekoloji” vəziyyətinə da müsbət təsir göstərir. Belə ki, bu qrupda terapiyadan sonra, parodontoloji patologiyası olan pasiyentlərdə Silness-Loe (S-L) indeksi əhəmiyyətli dərəcədə azalmışdır (p<0,05). Bu preparatın qısa müddət ərzində parodont toxumalarındakı iltihabi prosesləri aradan qaldırması, müalicə zamanı yumşaq toxumaların qiqiyenik vəziyyətinin yaxşılaşması, diş əti qanamasının azalması onun effektivliyinın sübutu kimi dəyərləndirilə bilər. Beləliklə, tədqiqatın nəticələri parodontopatiyaların kompleks müalicəsində “Curaprox enzycal 1450”-dən effektiv bir vasitə kimi istifadə etməyə zəmanət verir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Məmmədov, R., Həsənov, V., Orucov, Ə.V., & Əliyev, G. (2025). PARODONTUN İLTİHABİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA OPTİMAL VASİTƏLƏRİN TƏTBİQİ. Azərbaycan Tibb Jurnalı, (2), 39–44. https://doi.org/10.34921/amj.2025.2.007

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR