QREYVS XƏSTƏLİYİ VƏ PİYLƏNMƏ ARASINDAKI ƏLAQƏDƏ LEPTİNİN ROLU

Müəlliflər

  • R.M. Məmmədhəsənov Azərbaycan Tibb Universiteti
  • A.E. Məmmədova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.006

Açar sözlər

Qreyvs xəstəliyi, radioaktiv yod, tiroid funksiyası, leptin, badan kütləsi indeksi, metabolik sağlamlıq

Xülasə

Məqalə Qreyvs xəstəliyi olan şəxslərdə radioaktiv yodla müalicənin mübadilə proseslərinə, o cümlədən leptinin səviyyəsinə və bədən kütləsi indeksinə (BKİ) təsirini qiymətləndirmək məqsədilə aparılan tədqiqat işinin nəticələri şəhr edilmişdir. Tədqiqata Qreyvs xəstəliyi olan 62 xəstə cəlb edilmiş və xəstələr BKİ-dən asılı olaraq iki qrupa bölünmüşdür (BKİ < 25 və ≥ 25). Radioaktiv yodla müalicədən sonra yüksək BKİ olan xəstələrdə leptin səviyyəsi xüsusilə əhəmiyyətli dərəcədə artmışdır. Hər iki qrupda leptin ilə BKİ arasında müsbət korrelyasiya aşkar edilmişdir və müalicədən sonra qanda TSH səviyyələri ilə leptin arasında korrelyasiya aşkar edilmişdir. Bununla belə, əvvəlcədən artıq bədən çəkisi olan xəstələrdə, radioyod terapiyasından sonra, adekvat əvəzedici terapiyaya baxmayaraq, kompensator hipotiroidizm, piy toxuması kütləsinin artması ilə əlaqəli hiperleptinemiya ilə müşayiət olunur. Bu, gələcəkdə ürək-damar ağırlaşmalarının və metabolik sindromun inkişafına səbəb ola bilər ki, bu da, müalicədən sonra diqqətli monitorinq və potensial çəki idarəetmə strategiyalarına ehtiyac olduğunu təsdiq edir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Məmmədhəsənov, R., & Məmmədova, A. (2025). QREYVS XƏSTƏLİYİ VƏ PİYLƏNMƏ ARASINDAKI ƏLAQƏDƏ LEPTİNİN ROLU. Azərbaycan Tibb Jurnalı, (2), 34–38. https://doi.org/10.34921/amj.2025.2.006

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR