ALT ÜÇÜNCÜ AZI DİŞLƏRİN ÇIXARILMAQLA VƏ ÇIXARILMADAN UZUNMÜDDƏTLİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ

Müəlliflər

  • Z.V. Qasımova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • V.A. Vəliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • O.F. Qasımov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI

https://doi.org/10.34921/anqj.2025.2.005

Açar sözlər

alt üçüncü azı dişləri, retensiya, residivlər

Xülasə

Məqalədə diş-çənə anomaliyalarının müalicəsinin uzunmüddətli nəticələrinin öyrənilməsi və alt üçüncü azı dişlərinin çəkilməsi (AÜAD) ilə bağlı residivlərin aşkarlanması məqsədilə aparılan tədqiqatların nəticələri təqdim edilmişdir. Tədqiqata 3 qrupa bölünmüş 121 xəstənin müayinəsinin məlumatları daxil edilmişdir: 1) kontrol qrup – retensiyasız (50 nəfər), 2) birtərəfli retensiya (33 pasiyent), 3) ikitərəfli retensiya (38 pasiyent). Ümumilikdə 121 xəstənin 500-dən çox ortopantomoqramı öyrənilmiş və 7-23 yaş arasında qruplarda alt üçüncü azı dişlərin (AÜAD) müalicə müddətində çıxarılma dinamikası tədqiq edilmiş və hansı yaş qruplarında profilaktik çəkim qərarı verilməsinin zəruriliyi müəyyən olunmuşdur. Peason-Chi-Square testi ilə gender aspektində əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Ortodontik müalicədən 5 il sonra aşağı ön kəsici dişlərin sıxlığı şəklində residivlərlə müşayiət olunan müxtəlif diş-çənə anomaliyalı pasiyentlərin ortodontik müalicəsinə dair klinik müşahidələr haqqında məlumat verilmişdir. Əldə edilmiş statistik nəticələr pasiyentlərdə AÜAD-nin əyilmə bucaqlarının vəziyyətinin dəyişilməsi ilə residivlərin baş verməsi arasında əlaqə olduğunu göstərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Qasımova, Z., Vəliyeva, V., & Qasımov, O. (2025). ALT ÜÇÜNCÜ AZI DİŞLƏRİN ÇIXARILMAQLA VƏ ÇIXARILMADAN UZUNMÜDDƏTLİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 28–33. https://doi.org/10.34921/anqj.2025.2.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR