1 YAŞINA QƏDƏR REANİMASİYA ŞÖBƏSİNƏ QƏBUL EDİLƏN XƏSTƏLƏR ARASINDA ANADANGƏLMƏ ANOMALİYALARIN RASTGƏLİNMƏ TEZLİYİ

Müəlliflər

  • N.A. Əzizova K.Y.Faracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2025.2.002

Açar sözlər

anadangəlmə anomaliyalar, reanimasiya, anomaliyaların epidemiologiyası

Xülasə

Məqalədə 4 il ərzində (2019-2022-ci illər) K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) kritik vəziyyətdə anadangəlmə anomaliya diaqnozu ilə qəbul edilən 1 yaşı tamam olmamış 1256 xəstənin anomaliyanın tipinə, sistemlərə görə, illər və bölgələr üzrə paylanması, ölən xəstələrin təhlili araşdırılmışdır. Anomaliyanın olduğu sistemlərə görə ilk yeri ürək-damar sistemi anomaliyaları, sonrakı yerləri mədə-bağırsaq və sinir sistemi anomaliyaları təşkil etmişdir. Kritik vəziyyətdə reanimasiya bölməsində müalicə alan anadangəlmə anomaliyası olan xəstələr ölkənin müxtəlif iqtisadi rayonlarından qəbul edilmişdir. Ən çox xəstə Bakı və Abşeron-Xızı (547 nəfər), ən az isə Naxçıvan bölgəsindən (15 nəfər) qeydə alınmışdır. Digər bölgələr üzrə xəstə sayı 62-241 aralığında dəyişmişdir (Pχ2=0,842). Dövlət Statistika Komitəsindən (DSK) əldə edilən məlumatlara əsasən, 1 yaşa qədər əhalinin sayı ilə müqayisəli təhlil aparılmış və illər üzrə statistik fərqlilik müəyyən olunmuşdur. Nəticə olaraq, kritik vəziyyətdə anadangəlmə anomaliya diaqnozlu 1 yaşa qədər xəstələrin rastgəlinmə tezliyinin illər üzrə müqayisəli təhlilində əhəmiyyətli fərq olduğu aşkar edilmişdir ki, bu da COVID-19 pandemiyasının təsiri ilə izah edilməlidir. Aparılmış təhlil nəticəsində Bakı, Abşeron-Xızı iqtisadi rayonunda kritik vəziyyətdə anadangəlmə anomaliya diaqnozu ilə reanimasiya şöbəsinə qəbul edilən xəstə sayının digər bölgələrə nisbətən daha çox olduğu müəyyən edilmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Əzizova, N. (2025). 1 YAŞINA QƏDƏR REANİMASİYA ŞÖBƏSİNƏ QƏBUL EDİLƏN XƏSTƏLƏR ARASINDA ANADANGƏLMƏ ANOMALİYALARIN RASTGƏLİNMƏ TEZLİYİ. Azərbaycan Tibb Jurnalı, (2), 11–16. https://doi.org/10.34921/amj.2025.2.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR