KARDİORENAL SİNDROMUN PATOGENEZİNDƏ İLTİHAB MEDİATORLARININ ROLU

Müəlliflər

  • F.Ç. Alməmmədov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/anqj.2025.2.001

Açar sözlər

xronik ürək çatışmazlığı, kardiorenal sindrom, xronik böyrək xəstəliyi, sitokinlər

Xülasə

Məqalədə kardiorenal sindromun patogenezində iltihab mediatorlarının rolunu öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat işinə xronik böyrək çatışmazlığı ilə ağırlaş­mayan xronik ürək çatışmazlığı olan və II tip kardiorenal sindromlu xəstələr cəlb edilmişdir. Aparılan tədqi­qatda kardiorenal sindrom olan xəstələrdə iltihab sitokinlərinin (TNF-α, İL-6 və İL-18) səviyyəsinin statistik əhəmiyyətli artması müəyyən edilmişdir. İltihabtörədici sitokinlərin konsentrasiyasının xəstəliyin proq­ressiv­ləşməsindən asılı olaraq artması, xronik ürək çatışmazlığı olan xəstələrdə böyrək patolo­giyalarının yaranmasında iltihabi proseslərin rolunu göstərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Alməmmədov, F. (2025). KARDİORENAL SİNDROMUN PATOGENEZİNDƏ İLTİHAB MEDİATORLARININ ROLU. Azərbaycan Tibb Jurnalı, (2), 5–10. https://doi.org/10.34921/anqj.2025.2.001

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR