BAKI ŞƏHƏRİNDƏ 2020-ci İLDƏ COVID-19-la XƏSTƏLƏNMƏNİN RETROSPEKTİV EPİDEMİOLOJİ TƏHLİLİNİN NƏTİCƏLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.1.027Açar sözlər
Covid-19, retrospektiv epidemioloji təhlil, epidemik prosesXülasə
Məqalədə 2020-ci ildə Bakı şəhərinin əhalisi arasında Covid-19-la xəstələnmənin retrospektiv epidemioloji təhlilinin nəticələri şərh esilmişdir. Bu məqsədlə 2020-ci ilin mart-dekabr aylarında Bakı şəhərində əhali arasında Covid-19-la xəstələnmənin səviyyəsi ümumi əhali, eləcə də yetkin yaşlı əhali və uşaqlar arasında yaş, cins və mövsüm üzrə təhlil edilmişdir.
Tədqiqatın nəticələrindən aydın olmuşdur ki, Bakı şəhərində 2020-ci ildə Covid-19-la xəstələnənlər arasında 4876 nəfər uşaq, 92648 nəfər yetkin yaşlı şəxslər olmuşdur; xəstələnənlərin 43,0%-i kişilər,
57,0%-i isə qadınlardır. 2020-ci ildə Bakı şəhərində Covid-19 infeksiyasının epidemik prosesi ikidalğalı gedişə malik olmaqla, birinci epidemik yüksəliş iyul ayında, ikinci epidemik yüksəliş isə dekabr ayında qeydə alınmışdır. Əhali arasında Covid-19-la xəstələnmə bütün il boyu və hər fəsildə qeydə alınmış, lakin xəstələnmənin maksimal həddi payız fəslinə təsadüf etmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


