L-ARGİNİNLƏ MODİFİKASİYA EDİLMİŞ POLİQLAKTİN-910-DAN VƏ POLİKAPROLAKTONDAN EKSPERİMENTLƏ İSTİFADƏ ZAMANI KOR BAĞIRSAĞIN STRUKTUR ELEMENTLƏRİNİN MORFOMETRİK PARAMETRLƏRİNİN MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2025.1.032Açar sözlər
morfometriya, L-arqinin bağırsaq büküşləri, selikli qişa, bağırsaq divarı, cərrahi sapXülasə
Məqalədə toxumalardan sorula bilən sintetik poliqlaktin-910 sapının və yeni tikiş materialı olan polikaprolaktonun L-argininlə modifikasiya edilmiş növünün eksperimentul şəraitdə korbagırsağın selikli qişası büküşlərinin morfometrik parametrlərinə təsirini müqayisəli şəkildə öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Cinsi yetişkənliyə çatmış, kütləsi 2,62±0,21 kq olan 65 dovşana çərrahi müdaxilə edilmişdir. Heyvanlar kontrol və 2 eksperimental olmaqla 3 qrupa bölünmüşdür: birinci eksperimental qrupda poliqlaktin-910 cərrahi sapından, ikincidə isə polikaprolaktonun L-argininlə modifikasiya edilmiş növündən istifadə edilmişdir. Operasiyadan sonrakı 3,7,14,21,30 və 60-cı günlərdə yaranın və əmələ gələn çapığın vəziyyəti öyrənilmişdir. Ekspirementin gedişində düz bağırsağın perivulnar nahiyəsinin selikli qişasında olan büküşlərin morfometrik tədqiqi aparılmışdır.
Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, sapdan kor bağırsağın perivulnar nahiyəsindəki operasiya yaralarının tikilməsi üçün L-argininlə modifikasiya edilmiş polikaprolakton cərrahi sapından istifadə edildikdə büküşlərin struktur komponentlərinin fəaliyyəti poliqlaktin-910 istifadəsindəkinə nisbətən 7 günə qədər tez bərpa olunur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


