AZƏRBAYCANIN QUBA DAĞLIQ GEOBOTANİK ƏRAZİSİNDƏ ÜRƏK-DAMAR SİSTEMİ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNƏ DAİR ETNOFARMAKOLOJİ TƏDQİQAT
DOI
https://doi.org/10.34921/amj.2025.1.030Açar sözlər
etnofarmakologiya, Quba dağ massivi, dərman bitkiləri, ürək-damar sistemi xəstəlikləriXülasə
Məqalədə Azərbaycan Respublikasının Quba dağlıq geobotanik ərazisində 3 il müddətində aparılmış etnofarmakoloji tədqiqat haqqında məlumat verilmişdir. 75 respondent arasında ürək-damar sistemi xəstəliklərinin etnofarmakoloji tədqiqatına aid sorğu aparılmışdır. Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, ürək-damar sistemi xəstəliklərinin müalicəsində 28 fəsiləyə aid 68 bitki növündən istifadə edilir. Sorğu aparılan bölgədə bitkilərə aid etnofarmakoloji tədqiqatın göstəriciləri hesablanmış və onlara aid statistik təhlil aparılmışdır. Müəyyən edilmişdir ki, daha çox Rosaceae (15 bitki növü), Lamiaceae (10 bitki növü), Asteraceae (4 bitki növü), Moraceae (4 bitki növü), Apiaceae (4 bitki növü) və Fabaceae (4 bitki növü) fəsiləsinə daxil olan bitkilərdən istifadə edilir. Dərman bitkilərindən əsasən dəmləmə və bişirmə, eləcə də çiy halda istifadə edilir. Müəlliflərin fikrincə, təqdim olunan məqalə tibb işçilərinin və əhalinin diqqətini bitki mənşəli vasitələrə yönəltmək baxımından faydalı ola bilər. Alınan nəticələr dərman bitklərindən ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə ediləcək yeni və effektli müalicə vasitələrinin hazırlanması istiqamətində araşdırmaların aparılmasını aktuallaşdırır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


