ÖZ BOYU HÜNDÜRLÜYÜNDƏN SƏTH ÜZƏRİNƏ YIXILMA NƏTİCƏSİNDƏ TÖRƏNƏN KƏLLƏ SINIQLARININ MƏHKƏMƏ-TİBBİ ASPEKTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.1.028Açar sözlər
“öz boyu hündürlüyündən” səth üzərinə yıxılma, kəllə sümüklərinin sınıqları, ölüm hallarıXülasə
Məqalədə insanın “öz boyu hündürlüyündən” səth üzərinə yıxılması zamanı kəllə sümüklərində meydana çıxan sınıqlara səbəb olan amillərin qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqatın nəticələri əks etdirilmişdir. Tədqiqat işində 2006-2023-cü illər ərzində Bakı şəhəri üzrə 190 zərərçəkmiş şəxsin “öz boyu hündürlüyündən” səth üzərinə yıxılması halları araşdırılmışdır. Zərərçəkmiş şəxslər 6 yaş qrupuna bölünmüşdür: <20, 20-29, 30-39, 40-49, 50-59 və ≥60 yaş. “Öz boyu hündürlüyündən” yıxılanlardan 65 nəfərdə (34,21%) kəllə sümüklərinin sınıqları aşkar edilmişdir və bunlardan 58 nəfər (89,23%) ölmüşdür. Ölən şəxslərin əksəriyyəti (65,52%) küçədə və bədənin yan səthləri üzərinə yıxılanlardır (46,55%). Eyni zamanda, ölənlərdən 56 nəfərdə (96,55%) kəllədaxili zədələnmə aşkar edilmişdir. Bu da kəllə sümüklərinin sınıqları zamanı ölüm faizinin yüksək olmasının kəllədaxili zədələnmələrlə əlaqədar olduğunu göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


