DİABETİK PƏNCƏ SİNDROMU OLAN XƏSTƏLƏRDƏ İRİNLİ-NEKROTİK AĞIRLAŞMALARIN İNKİŞAFINDA ŞƏRTİ-PATOGEN MİKROORQANİZMLƏRİN ROLU

Müəlliflər

  • G.M. Seyidova Azərbaycan Tibb Universiteti
  • S.V. Hacıyeva Azərbaycan Tibb Universiteti
  • S.A. Muradova Azərbaycan Tibb Universiteti
  • G.F. Vəkilova Azərbaycan Tibb Universiteti
  • İ.Ö. Ömərov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.025

Açar sözlər

diabetik pəncə sindromu, irinli-nekrotik proseslər, mikroorqanizmlər, antibiotiklərə həssaslıq

Xülasə

Məqalədə şəkərli diabetin ağır fəsadlarından biri - diabetik pəncə sindromu olan xəstələrdə şərti-patogen mikrobiotanın iştirakı ilə törənən irinli-nekrotik infeksiya ocaqlarında yayılan mikroorqanizmlərin növlərini və onların antibiotiklərə həssaslığını öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqatda 51 xəstədən alınmış nümunələrin bakterioloji analizi aparılmış və alınmış mikroorqanizmlərin antibiotiklərə həssaslığı araşdırılmışdır. Müayinələr zaman müxtəlif mikroorqanizmlər, o cümlədən S. aureus (42,8%), Klebsiella spp. (21%), Ps.aeruginosa (9,8%) və Candida göbələkləri (10,4%) aşkar edilmişdir. Nəticələr göstərmişdir ki, diabetik pəncə sindromunu törədən mikroorqanizimlər çoxmənbəli xarakter daşıyır və törədicilər çoxsaylı antibiotiklərə qarşı davamlılıq nümayiş etdirir. Əsas törədicilər S. aureus və Klebsiella spp. bakteriyalarıdır. İnfeksiya ocaqlarındakı mikrobiotanın tədqiqi və onun antibiotiklərə həssaslığı antibakterial terapiyanın optimallaşdırılmasına, müalicənin effektivliyinin artırılmasına və amputasiya riskinin azaldılmasına kömək edə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Seyidova, G., Hacıyeva, S., Muradova, S., Vəkilova, G., & Ömərov, İ.Ö. (2025). DİABETİK PƏNCƏ SİNDROMU OLAN XƏSTƏLƏRDƏ İRİNLİ-NEKROTİK AĞIRLAŞMALARIN İNKİŞAFINDA ŞƏRTİ-PATOGEN MİKROORQANİZMLƏRİN ROLU. Azərbaycan Tibb Jurnalı, (1), 145–149. https://doi.org/10.34921/amj.2025.1.025

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ