AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ QAPALI SƏHMDAR CƏMİYYƏTİNDƏ PEŞƏ FƏALİYYƏTİ ÜÇÜN TİBBİ ƏKS-GÖSTƏRİŞLƏRİN YAYILMASI
DOI
https://doi.org/10.34921/amj.2025.1.023Açar sözlər
peşə patologiyası, tibbi əks-göstərişlər, qan dövranı sistemi, endokrin sistemXülasə
Məqalədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (AXDG QSC) kompleks tibbi müayinələr əsasında əmək fəaliyyəti üçün əks-göstərişlərin tezliyini, nozoloji strukturunu, xarakterini qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. AXDG QSC-nin əməkdaşlarının peşə fəaliyyətinə yararsızlığına səbəb olan nozoloji formanın bütün səbəblər arasında payı və onların işçilər arasında yayılma səviyyəsi kimi göstəricilər hesablanmışdır.
Tədqiqatın nəticələri göstərmişdir ki, tibbi əks-göstərişlərin böyük qismi iki qrup patologiya – endokrin sistemin (əsasən şəkərli diabet) və qan dövranı sisteminin xəstəlikləri (əsasən arterial hipertenziya, ürəyin işemiya xəstəliyi) ilə bağlıdır. Digər siniflər üzrə xəstəliklərin tibbi əks-göstərişlər arasında payı xeyli azdır. AXDG-QSC də işçilər arasında əks-göstərişlərin yayılma səviyyəsi çox yüksəkdir, 1000 nəfər işçiyə 65,33±2,48 xəstəlik düşür. Əmək fəaliyyəti üçün tibbi əks-göstərişlərin ən çox yayıldığı müəssisə Bibiheybət Gəmi Təmiri Zavodudur (GTZ). Burada xəstələnmə səviyyəsi digər müəssisələrinin müvafiq göstəricilərindən statistik etibarlı dərəcədə çoxdur. Müəssisələr arasında tibbi əks-göstərişlərin yayılmasını formalaşdıran əsasən endokrin sistem, qan dövranı sistemi, göz və onun əlavə aparatının xəstəlikləridir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


