TİBB TƏHSİLİ DÖVRÜNDƏ TƏLƏBƏLƏRİN ADAPTASİYA FUNKSİYALARININ ÖYRƏNİLMƏSİ

Müəlliflər

  • M.A. Kazımov Azərbaycan Tibb Universiteti
  • V.M. Kazımova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.022

Açar sözlər

adaptasiya ehtiyatları, həyat əmsalı, kardiorespirator əmsal

Xülasə

Məqalədə təhsilalma dövründə tələbələrin adaptasiya ehtiyatlarının vəziyyətinin öyrənilməsi və gigiyenik qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
Tibb universitetinin I, II və V kurs tələbələrinin tədris şəraitlərinə adaptasiya vəziyyətinin öyrənilməsi üçün tədqiqata 196 nəfər tələbə, o cümlədən I kursdan 83 nəfər (26 oğlan, 57 qız), II kursdan 52 nəfər (24 oğlan, 28 qız), V kursdan isə 61 nəfər (22 oğlan, 39 qız) cəlb edilmişdir. Orqanizmin adaptasiya ehtiyatlarını əks etdirən əmsalları (həyat əmsalı – HƏ və kardiorespirator əmsal – KRƏ) hesablamaq üçün göstəricilər (ağciyərlərin həyati tutumu, bədən kütləsi, nəbz və tənəffüsün tezliyi) somatometriya və fiziometriya üsulları ilə təyin edilmişdir. Alınan məlumatların interpretasiyası və qiymətləndirilməsi müvafiq qiymətləndirmə meyarlarına əsasən aparılmışdır.
Tədqiqat göstərmişdir ki, həyat əmsalı və kardiorespirator əmsal göstəricilərinin səviyyəsi tədris illəri artdıqca birbaşa əlaqəli dəyişikliklərə uğrayır. Tələbələrdən adaptasiya potensialı daha yüksək olanların sayı qızlar arasında oğlanlara nisbətən daha çoxdur. Normal adaptasiya imkanları olan tələbələrin sayının aşağı olması onların tənəffüs sisteminin funksional imkanlarının zəifliyini göstərir ki, bu da orqanizmin həmin funksiyasının mütəmadi məşq etdirilməsini zəruri edir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Kazımov, M., & Kazımova, V. (2025). TİBB TƏHSİLİ DÖVRÜNDƏ TƏLƏBƏLƏRİN ADAPTASİYA FUNKSİYALARININ ÖYRƏNİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 127–132. https://doi.org/10.34921/amj.2025.1.022

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ