YUMURTALIQ POLİKİSTOZU SİNDROMU OLAN QADINLARDA YUMURTALIQLARIN QURULUŞUNUN VƏ FUNKSİYASININ SONOQRAFİK XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • F.İ. Kulikova Dnepropetrovsk vilayət Klinik Xəstəxanası
  • R.Y. Abdullayev Xarkov Milli Tibb Universiteti
  • V.Q. Karpenko Xarkov Milli Tibb Universiteti
  • T.S. Golovko Milli Xərçəng İnstitutu
  • A.G. Kiriçenko Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri İnstitutu
  • T.V. Leşşeva Dnepr Tibb və İctimai Sağlamlıq İnstitutu
  • M.A. Dovhal Dnepr Tibb və İctimai Sağlamlıq İnstitutu
  • N.V. Tomax Ukrayna Səhiyyə Nazirliyinin Tibbi və Sosial Əlillik Problemləri İnstitutu
  • D.P. Leşşev Dnepr Tibb və İctimai Sağlamlıq İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2025.1.012

Açar sözlər

reproduktiv yaş, endoçerviksin dövri dəyişiklikləri, ultrasonoqrafiya

Xülasə

Məqalədə yumurtalıq polikistozu sindromu (YPS) olan qadınlarda yumurtalığın struktur-funksional dəyişikliklərinin dupleks-skanlaşdırma yolu ilə tədqiqinin nəticələri əks etdirilmişdir. Bu məqsədlə aparılan tədqiqata yaşı 18-dən 27-yə qədər olan 124 xəstə cəlb edilmişdir. Onlarda yumurtalıqların həcmi 10 sm3-dən çox və bir sonoqrafik kəsiкdə 2-9 mm ölçülü 12-dən artıq follikul olmuşdur. Dinamik müşahidə zamanı yumurtalıqlarda yetişmiş follikul qeydə alınmamış, menstrual tsikl isə qeyri-müntəzəm olmuş 92 qadın birinci tədqiqat qrupuna (YPS) daxil edilmişdir. İkinci (II) tədqiqat qrupuna çox follikullu yumurtalıqlar (ÇFY) aşkar edilmiş, follikullarının yetişməsi orta fazada olan və ya dominant follikul qeydə alınan, lakin ovulyasiya baş verməyən 32 qadın daxil edilmişdir. Menstruasiyası normal keçən 28 qadın kontrol qrupunu təmsil etmişdir.
Dupleks-skanlaşdırma üsulu ilə aparılmış müayinənin nəticələrinin müqayisəsi göstərmişdi ki, I qrupda (YPS) olan qadınlarda II qrupla (ÇFY) müqayisədə yumurtalıqların həcmi 14 sm3-dən çox, bir sonoqrafik kəsikdə follikulların sayı 15-dən çox olmuş yumurtalıq stromasının artan vaskulyarizasiyası əhəmiyyətli dərəcədə daha intensiv olmuşdur. İkinci qrupda yetişmiş və ya dominant follikulların görünüşü yumurtalıqların multifollikulyarlığının funksional xarakter daşıdığını göstərir və bu klassik polikistok əlamət deyil.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Kulikova, F., Abdullayev, R., Karpenko, V., Golovko, T., Kiriçenko, A., Leşşeva, T., … Leşşev, D. (2025). YUMURTALIQ POLİKİSTOZU SİNDROMU OLAN QADINLARDA YUMURTALIQLARIN QURULUŞUNUN VƏ FUNKSİYASININ SONOQRAFİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 66–73. https://doi.org/10.34921/amj.2025.1.012

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR