VESTİBULYAR DİSFUNKSİYANIN YENİ DİAQNOSTİK ALQORİTMİ

Müəlliflər

  • N.Ə. Muradova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.009

Açar sözlər

vertiqo, başgicəllənmə, sorğu anketi, vertiqo diaqnostikası, alqoritm

Xülasə

Məqalədə periferik vestibulyar patologiyaların ilkin mərhələdə diferensial diaqnostikası üçün yeni diaqnostik alqoritmin hazırlanması və dəyərləndirilməsi haqqında məlumat verilmişdir. Bu məqsədlə prospektiv tədqiqata 2021-2023-cü illər ərzində Lor hospitala başgicəllənmə şikayəti ilə müraciət edən bir qrup xəstə cəlb edilmişdir. Tədqiqat etik komitənin təsdiqi ilə həyata keçirilmiş və məlumatları istifadə olunan bütün xəstələrdən razılıq alınmışdır. Tədqiq olunan 503 xəstədən 468 nəfərin anket nəticələrinin statistik dəyərləndirilməsi aparılmışdır. Xəstələrin orta yaşı 47 (36-60) olub, onlardan 315-i (67,3%) qadın və 153-ü (32,7%) kişi idi. Tədqiqatın statistik dəyərləndirilməsi SPSS Statistics v26 və SPSS Modeler v18 proqramlarında aparılmışdır. Tədqiqat göstərmişdir ki, başgicəllənməsi olan xəstələrə yanaşma zamanı instrumental müayinədən əvvəl müəyyən edilmiş sorğu anketinin istifadəsi ilkin dəyərləndirmədə və ilkin diaqnozun təxmin edilməsində əhəmiyyətli rol oynaya bilər. Statistik dəyərləndirmədən sonra əldə olunmuş nəticələrə görə hazırlanmış alqoritm yüksək spesifikliyə (%73), sensitivliyə (%75), və proqnozlaşdırıcı əhəmiyyətə malikdir və klinik praktikada istifadə edilə bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Muradova, N. (2025). VESTİBULYAR DİSFUNKSİYANIN YENİ DİAQNOSTİK ALQORİTMİ. Azərbaycan Tibb Jurnalı, (1), 50–53. https://doi.org/10.34921/amj.2025.1.009

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR