NEKROTİK ENTEROKOLİTİN ERKƏN DİAQNOSTİKASINA YENİ YANAŞMA

Müəlliflər

  • T.Ə. Məmmədova K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2025.1.008

Açar sözlər

nekrotik enterokolit, hipoksiya, eritropoetin

Xülasə

Məqalədə, vaxtında doğulan yenidoğulmuşlarda nekrotik enterokolitin (NEK) erkən diaqnostikasında hipoksiya markerlərinin patogenetik əhəmiyyətinin öyrənilməsinə həsr edilmiş tədqiqat haqqında məlumat verilmişdir. Hipoksiya NEK-in aparıcı risk faktorudur. Bu məqsədlə NEK-i olan vaxtında doğulan yenidoğulmuşların qan serumunda hipoksiya markerləri olaraq eritropoetinin (EPO) və kalsium ionlarının (Ca2+) səviyyəsi öyrənilmişdir. Alınan nəticələrdə bu markerlərin səviyyələrinin, statistik əhəmiyyətli dərəcədə dəyişməsi xəstəliyin həm erkən diaqnozunun qoyulmasına, həm də ağır formasının aşkarlanmasına imkan yaradır. Beləliklə, vaxtında doğulan yenidoğulmuşların qan serumunda EPO və Ca2+ səviyyəsinin NEK mərhələsindən asılı olaraq prosesdə dəyişməsi onların patogenetik əhəmiyyətini əks etdirir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Məmmədova, T. (2025). NEKROTİK ENTEROKOLİTİN ERKƏN DİAQNOSTİKASINA YENİ YANAŞMA. Azərbaycan Tibb Jurnalı, (1), 44–49. https://doi.org/10.34921/amj.2025.1.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR