DİABETİK NEFROPATİYANIN İLKİN MƏRHƏLƏLƏRİNDƏ İLTİHABİ STATUS: SİTOKİNLƏR, PATOFİZİOLOJİ VƏ TERAPEVTİK TƏSİRLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.1.007Açar sözlər
şəkərli diabet, diabetik nefropatiya, sitokinlərXülasə
Məqalədə I və II tip şəkərli diabet fonunda inkişaf etmiş diabetik nefropatiyalı xəstələrdə orqanizmin sitokin statusunun vəziyyətini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 70 nəfər şəkərli diabet xəstəsi və 20 nəfər praktik sağlam şəxs (kontakt qrupu) cəlb edilmişdir, qan serumunda immunoferment üsulu ilə floqogen sitokinlər: interleykin-6 (IL-6), interleykin-12 (IL-12), alfa-şiş nekrozu faktoru (TNFα) və antifloqogen sitokin olan interleykin-10 (IL-10) səviyyələri araşdırılmışdır. Tədqiqatın nəticələrinin təhlili göstərmişdir ki, diabetik nefropatiya olan xəstələrdə mikroangiopatiyaların inkişafetmə mərhələsində floqogen sitokinlərin səviyyəsində yüksəlmə baş verir və bu proses zamanı sitokin kaskadın aktivasiyası ilə eyni zamanda, qanın laxtalanma sistemində olan dəyişikliklər və mikrosirkulyator pozulma artır.
Şəkərli diabet zamanı yaranan mikrodamar ağırlaşmalarından ən çox rast gəlinəni diabetik nefropatiyadır ki, bu da öz növbəsində böyrəklərin xronik çatışmazlığına gətirib çıxarır. Bu patologiyanın inkişafını dayandırmaq üçün istifadə edilən strategiyalar hiperqlikemiya və yüksək arterial təzyiq kimi ənənəvi risk faktorlarının nəzarətinə yönəldilir. Diabetik xəstədə zərərli iltihabi proseslərin inkişafında iştirak edən mexanizmlərin aşkarlanması yeni terapevtik strategiyaların işələnib hazırlanması üçün çox vacibdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


