İRSİ FRUKTOZAYA QARŞI DÖZÜLMƏZLİK SİNDROMU: KLİNİK MÜŞAHİDƏ
DOI
https://doi.org/10.34921/amj.2024.4.027Açar sözlər
fruktozaya qarşı dözülməzlik, fruktoza, aldolaza BXülasə
Məqalədə fərqli yaşlarda fruktozaya qarşı dözülməzlik sindromu (FDS) diaqnozu təsdiqlənən 3 pasiyent haqqında məlumat verilib. İrsi fruktozaya dözülməzlik sindromu (FDS) – 9-cu xromosomun q 22.3. lokusunda yerləşən aldolaza B zülalını kodlaşdıran ALDOB genin mutasiyası nəticəsində törənir. Xəstəlik, fruktoza qəbulundan sonra bir sıra ciddi əlamətlərlə xarakterizə olunan irsi metabolik pozuntu şəklində təzahür edir. Aldolaza B çatışmazlığı olan orqanizmdə fruktoza-1-fosfat toplanaraq toksik təsir göstərir. Bunun nəticəsində ürəkbulanma, qusma, hipoqlikemiya, metabolik asidoz, qaraciyər və böyrək funksiyalarının pozulması müşahidə edilir; xəstəlik ağır hallarda letallıqla nəticələnə bilir. Ana südünün tərkibində fruktoza olmadığına görə xəstəlik uşaqları əlavə qidaya keçirildikdə və ya tərkibində fruktoza olan qida maddələri qəbul etdikdən sonra üzə çıxır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


