SÜD VƏZİSİ AXACAĞININ QEYRİ-ŞƏFFAF İNVAZİV KARSİNOMALARINDA LİMFOSİTAR İNFİLTRASİYA
DOI
https://doi.org/10.34921/amj.2022.1.021Açar sözlər
şiş toxumasına infiltrasiya edən limfositlər, süd vəsizi xərçəngi, HER-2neu, şişin neqativ molekulyar alt-tipiXülasə
Məqalədə süd vəzisi axacaqlarının qeyri-invaziv molekulyar alttipləri (HER-2neu+ və üçqat neqativ) olan kimyaterapiya və şüa terapiyası tətbiq edilməmiş xəstələrdə şişin limfoid xarakterli ətrafının mikroskopik xüsusiyyətləri haqqında məlumat verilir. Tədqiqatın məqsədi şişə infiltrasiya edən T- və B-limfositlərin invaziv şişin qeyri-şəffaf alt-tiplərində yayılmasını və NK-hüceyrələrin proliferasiyasını öyrənmək olmuşdur.
Tədqiqat işinə 71 xəstədən alınmış patoloji toxuma nümunələrində histoloji, immunhistokimyəvi və morfometrik müayinələrin nəticələri daxil edilmişdir. 39 xəstədə süd vəzisi axacağının invaziv qeyri-şəffaf şişinin HER-2neu+, 32 xəstədə isə üçqat neqativ alt-tipi aşkar edilmişdir.
Tədqiqat göstərmişdir ki, süd vəzisinin invaziv qeyri-şəffaf xərçənginin səciyyəvi əlaməti – şişin kənarlarındakı limfoid infiltrasiyanın sərtliyidir. Bundan əlavə, şiş toxumasının kənarlarında T-limfositlər B-limfositlərə nisbətən 1,8-2,4 dəfə, daxilində isə 4 dəfə çox toplanır. T-limfositlərin və NK-hüceyrələrin morfometrik parametrlərində fərq daha böyük olur. HER-2neu+ və üçqat neqativ xərçəng şişinin invaziv sahəsinin kənar hissələrində T-limfositlər NK-hüceyrələrdən müvafiq olaraq 7,5 və 6,9 dəfə, şişin daxilində isə 11,5 və 14 dəfə çox olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


