IV SİNİF DİŞSİZLİK ZAMANI TƏTBİQ EDİLƏN HİSSƏVİ ÇIXARILAN PROTEZLƏRDƏ ATTAÇMENTLƏRİN FİKSASİYA VƏ STABİLİZASİYAYA TƏSİRİ

Müəlliflər

  • Ə.A. Aydınlı Səlcuq Universiteti
  • D.İ. Ağayev Səlcuq Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.022

Açar sözlər

Kennedi təsnifatı, hissəvi çıxarılan protez, attaçment, fiksasiya, stabilizasiya

Xülasə

Kennedy təsnifatına görə Ⅳ sinif dişsizlik zamanı tətbiq etmək üçün eksperimental olaraq hazırlanmış 2- ci və 5-ci sinif attaçmentli hissəvi çıxarılan protez (HÇP) ilə klammer dəstəkli HÇP-ni fiksasiya və stabilizasiya baxımından müqayisə etmək məqsədilə tədqiqat aparılmışdır. Fraseco üst çənə modelindən köpək dişləri arasındakı dişlər çıxarılaraq Kennedy təsnifatına görə Ⅳ sinif dişsizliyə uyğun modellər əldə edilmişdir. Bu çənələr istifadə edilərək kontrol qrupunda klammer fiksasiyalı metal karkas, ikinci qrupa 2-ci sinif attaçmentli 20 ədəd metal karkas və üçüncü qrupa 5-ci sinif attaçmentli metal karkaslar hazırlanmışdır. Universal test cihazında fiksasiya testi və 2 fərqli metodla stabilizasiya testi edilmişdir. Tədqiqat 2-ci sinif attaçmentlərin fiksasiya və stabilizasiya dəyərlərinin, kontrol qrupdan və 5-ci sinif attaçment qrupundan daha yüksək olduğunu göstərmişdir. 5-ci sinif attaçment qrupunun fiksasiyası kontrol qrupdan daha yüksək olmasına baxmayaraq, stabilizasiya dəyərləri bənzər nəticələr göstərmişdir. Nəticə olaraq Kennedy təsnifatına görə Ⅳ sinif modellərdə 2-ci sinif attaçmentli HÇP fiksasiya və stabilizasiya baxımından 5-ci sinif attaçmentli HÇP və klammer fiksasiyalı HÇP-nin daha uğurlu olduğu müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Aydınlı, Ə.A., & Ağayev, D. (2024). IV SİNİF DİŞSİZLİK ZAMANI TƏTBİQ EDİLƏN HİSSƏVİ ÇIXARILAN PROTEZLƏRDƏ ATTAÇMENTLƏRİN FİKSASİYA VƏ STABİLİZASİYAYA TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (4), 140–144. https://doi.org/10.34921/amj.2024.4.022

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT