NARKOTİK MADDƏLƏRDƏN ASILI XƏSTƏLƏRDƏ AĞIZ SUYUNUN MİKROBİOLOJİ TƏDQİQATLARININ MÖVCUD VƏZİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.4.017Açar sözlər
narkomaniya, qender-sosial status, ağız suyu, mikroorqanizmlərXülasə
Məqalədə narkotik maddələrdən asılılığı olan xəstələrdə ağız boşluğunun mikrobiomunda olan spesifik dəyişiliklərin və sosial-demoqrafik göstəricilərinin müqayisəli qiymətləndirilməsi məqsədilə aparılan klinik və mikrobioloji tədqiqatların nəticələri təqdim edilir. Tədqiqata narkotikdən asılı olan 43 xəstə (əsas qrup I) və heç vaxt narkotik qəbul etməmiş 31 nəfər kontrol qrupuna aid subyekt iştirak etmişdir. Heç vaxt narkotik istifadə etməmiş insanlardan fərqli olaraq, narkotikdən asılı xəstələr arasında daha az hallarda evli (p<0.01) və ən çox hallarda isə subay şəxslərə rast gəlinmişdir (p<0,01). Boşanmış və ayrılmış şəxslərin sayındakı qruplararası fərqlər statistik olaraq əhəmiyyətsiz olmuşdur (p>0,05). Bu kateqoriyadan olan şəxslərin əsas yaş-cins xüsusiyyətləri də müəyyən edilmişdir. Tədqiqata cəlb edilən narkomanların orta yaşı 31,4±1,16, kontrol qrupundakı şəxslərin orta yaşı 42,3±2,33 olmuşdur. Xəstələr arasında kişi cinsindən olan şəxslər üstünlük təşkil etmişdir. Narkomaniya Proteobakteriyalar, xüsusən Pseudomonas aerugenosa kimi qram-mənfi bakteriyaların, həmçinin qram-müsbət, anaerob bakteriyaların — Clostridium spp cinsinin nümayəndələrinin, kəmiyyət göstəricilərinin artması ilə davamlı dəyişikliklərə səbəb olur (p <0,0001). Qram-müsbət anaerob bakteriyaların patogen növlərinin, xüsusən də Propionibacteriaceae spp. ailəsinə mənsub olan insan sızanaqı törədicilərinin yayılmasının müqayisəsində statistik əhəmiyyətli fərqlər aşkar edilməmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


