UŞAQLARDA ÇƏNƏ SİSTALARININ EPİDEMİOLOGİYASI VƏ STRUKTURU
DOI
https://doi.org/10.34921/amj.2024.4.012Açar sözlər
sistalar, çənə, radikulyar sistlər, follikulyar sistlərXülasə
Məqalədə çənə sistalarının diaqnostikasını, müalicə seçimini və xəstələrə yanaşılmanı təkmilləşdirmək üçün onların epidemiologiyasını və strukturizasiyasını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Çənə sistası olan və yaşı 4-dən 17-yə qədər olan 287 xəstənin xəstəlik tarixlərinin retrospektiv təhlili aparılmışdır. Tədqiqat göstərmişdir ki, uşaqlarda çənələrin ən çox rast qəlinən sistalarına radikulyar və radikulyar-diş sistaları aiddir. 8-11 yaşlar arasında olan qızlara nisbətən eyni yaşlı oğlanlarda daha çox rast gəlinir və onlarda sistalar çox vaxt alt çənədə lokalizasiya edir. Radikulyar və radikulyar-diş tərkibli kistaların yaranmasına səbəb olan dişlər 50 % hallarda müalicə edilmiş azı dişlərdir; mənşəyindən asılı olmayaraq bütün sistaların klinik təzahürləri xəstələrin 50% qədərində selikli qişada yalnız kortikal lövhənin deformasiyası və nazikləşməsi şəklində təzahür edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


