LAPAROSKOPİK HERNİOPLASTİKA — BOĞULMUŞ QASIQ YIRTIĞININ MÜALİCƏ ÜSULU
DOI
https://doi.org/10.34921/amj.2024.4.010Açar sözlər
boğulmuş qaşıq yırtığı, videolaparoskopik operasiya, TAPP üsulu, erkən postoperasion ağırlaşmalarXülasə
Boğulmuş qaşıq yırtığının müalicəsində transabdominal peritoneal hernioplastika (TAPP) metodu üzrə aparılan videolaparoskopik operasiya üsulunun imkanlarını və nəticələrini öyrənmək məqsədilə tədqiqat aparılmışdır. Tədqiqata 2020-2023-cü illər ərzində Dnepr şəhəri dövlət xəstəxanasının ümumi cərrahlıq klinikasında boğulmuş qaşıq yırtığı diaqnozu ilə müalicə almış 161 xəstə cəlb edilmişdir. Birinci — əsas qrupa laparoskopik hernioplastika (TAPP) üsulu ilə müalicə edilən 85 xəstə, ikinci qrupa isə Uchtenstein üsulu ilə ənənəvi hernioplastika müalicəsi almış 76 xəstə daxil olmuşdur. Xəstələrdən 127 nəfər (79,3%) kişi, 34 nəfər (20,3%) qadın cinsindən idi. Tədqiqat göstərmişdir ki, boğulmuş qaşıq yırtığının müalicəsində laparoskopik hernioplastikanın tətbiqi erkən postoperasion ağırlaşmaları ənənəvi operativ müalicə zamanı müşahidə edildiyinə nisbətən 2,16 dəfə (P<0,05) azaltmağa imkan verir. Lixtenşteyn üzulu ilə aparılan açıq hernioplastika ilə müqayisədə laparoskopik hernioplastikanın üstünlükləri bunlardan ibarətdir: qarın boşluğunda olan yanaşı patoloqiyaların diaqnostikasına imkan olması, yırtıq qapısı sahəsində daha əhatəli vissereoliz aparmağın mümkünlüyü, postoperasion dövrdə ağrı intensivliyinin daha aşağı olması, müalicə və reabilitasiya proseslərinə nisbətən az vaxt sərt edilməsi.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


