HİPERURİKEMİK NEFROPATİYA ZAMANI BÖYRƏKLƏRİN STRUKTUR VƏ FUNKSİONAL DƏYİŞİKLİKLƏRİNİN ULTRASƏS MÜAYİNƏSİ İLƏ QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2024.4.007Açar sözlər
Hiperurikemik nefropatiya, yumaqcıq filtrasiyasının sürəti, dopleroqrafiya, rezistentlik indeksiXülasə
Məqalədə hiperurikemik nefropatiyalı xəstələrin ultrasəs və klinik-laborator müayinələrinin təhlilinə dair tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqata 47 xəstə cəlb edilmişdir. Ultrasəslə müayinədə, tripleks rejimində (ikiölçülü, spektral və rəngli doppler) böyrək parenximi və sinusundakı struktur dəyişiklikləri araşdırılmış, urodinamika və böyrək hemodinamikası tədqiq edilmiş və sonoqarafik meyarlar işlənib hazırlanmışdır. Araşdırma nəticəsində, hiperurikemik nefropatiyalı pasiyentlərin böyrəklərində aşağıdakı dəyişikliklər öyrənilmişdir: böyrək parenximinin nazikləşməsi, exogenliyin artması, fibroz dəyişikliklərin və kiçik hiperexogen əlavələrin aşkar edilməsi, kapsul altında anexogen zolaqlar, seqmentar və qövsşəkilli arteriyalarda rezistentlik indeksininin (RI) artması. Hiperurikemik nefropatiya nəticəsində yaranmış xronik böyrək xəstəliyinin (XBX) III və IV mərhələlərində parenximin qalınlığının və həcminin, qabıq qatının, Sparenx/S böyrək indeksinin statistik etibarlı azalması, seqmentlərarası və qövsşəkilli arteriyalarda qan cərəyanının sürətinin zəifləməsi, I və II mərhələlərlə müqayisədə rezistentlik indeksinin artması müşahidə edilir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


