YUMURTALIQ POLİKİSTOZU SİNDROMU OLAN YAŞLI QADINLARDA ANTİ-MÜLLER HORMONU VƏ SÜMÜK REMODELLƏŞMƏSİ MARKERLƏRİ ARASINDA ƏLAQƏ
DOI
https://doi.org/10.34921/amj.2024.4.006Açar sözlər
yumurtalıq polikistozu sindromu, sümük remodelləşməsi markerləri, anti-Müller hormonuXülasə
Məqalədə postmenopauza dövründə yumurtalıq polikistozu sindromu (YPS) olan qadınlarda insulinə rezistentliyin sümüklərdə mineral maddələrin sıxlığına təsirini və sümük remodelləşməsi markerlərinin dinamikasını araşdırmaq məqsədilə aparılmış tədqiqat izi haqqında məlumat verilmişdir. Bundan əlavə, YPS olan xəstələrdə sümük dəyişikliklərinin proqnozlaşdırıcısı kimi anti-Müller hormonunun effektivliyi qiymətləndirilmişdir. Tədqiqata 45-65 yaş arası 128 qadın cəlb edilmişdir. Əsas qrupa YPS olan 85 qadın, kontrol qrupuna isə klinik cəhətdən sağlam 43 qadın daxil edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, YPS olan qadınlarda karbohidrat mübadiləsinin pozulması və androgenlərin artıq miqdarda sekresiyası hətta menopauzadan sonra da davam edir. Tədqiqat göstərmişdir ki, YPS olan qadınlarda piylənmədən asılı olmayaraq insulinə rezistentlik sümük quruluşuna birbaşa təsir göstərir. Bu, YPS olan şəxslərdə müşahidə edilən daha yüksək sümük sıxlığını izah etməyə kömək edə bilər. YPS olan postmenopauzal xəstələrdə nisbətən yüksək səviyyələrdə olan anti-Müller hormonu sümük rezorbsiyası markerləri ilə əlaqələndirilir və adaptiv sümük metabolizmi prosesləri ilə əlaqəni sübut edir. Bununla belə, YPS sümük toxumasının vəziyyətini qiymətləndirmək üçün əsas mexanizmləri aydınlaşdırmaq və anti-Müller hormonunun proqnostik imkanlarını təhlil etmək üçün əlavə tədqiqatlara ehtiyac vardır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


