SİDİK DAŞLARININ KRİSTALLOOPTİK XARAKTERİSTİKASI VƏ MİNERAL TƏRKİBİNİN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2022.1.018Açar sözlər
sidik daşı xəstəliyi, infraqırmızı spektroskopiya, kristallooptik analizXülasə
Məqalədə sidik daşlarının strukturunu və mineral tərkibini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
37 xəstədən ekstrakorporal zərbə-dalğa litotripsiyası üsulu ilə alınmış sidik daşlarının strukturu və mineral tərkibi öyrənilmişdir. Konqrementlərin strukturu polyarizasiya mikroskopundan istifadə edilməklə, kristallooptik analiz vasitəsilə öyrənilmişdir. Daşların mineral tərkibini öyrənmək üçün infraqırmızı spektroskopiyadan istifadə edilmişdir.
Tədqiq edilən sidik daşı nümunələrindən 72,9%-də kristallik faza aşkar edilmişdir və onların əsas komponentləri hidroksilapatitlə kombinasiyada olan vevellit (13,5%), hidroksilapatitlə birgə sidik turşusu (40,5%), karbonapatit və kalsium-fosfatla birgə veddelit (18,5%) olmuşdur. Xəstələrdən 21,6%-dən götürülmüş sidik turşusu nümumələrində vevellitdən ibarət olan kristal fazadan əlavə, amorf kalsium-fosfatdan (8,1%) və amorf kalsium-oksalatdan (13,5%) ibarət amorf faza aşkar edilmişdir. 2 müayinədə (5,4%) duzların nadir kombinasiyası – sidik turşusu və flüorapatitdən ibarət kristallik faza və araqonitlə üzvi turşulardan ibarət amorf faza müşahidə edilmişdir.
Müəlliflər apardıqları tədqiqat əsasında belə nəticəyə gəlmişlər ki, sidik daşlarının qarışıq mineral tərkibində vevellit üstünlük təşkil edir. Daşların strukturunda kristallaşmanın başlanğıc dövrü üçün səciyyəvi olan amorf fazanın iştirakı daşın nisbətən yeni olduğunu göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


