PROLİFERATİV MASTOPATİYALI QADINLARIN SÜD VƏZİSİ TOXUMASININ PATOLOJİ DƏYİŞİKLİYƏ UĞRAYAN VƏ UĞRAMAYAN SAHƏLƏRİNDƏ YERLƏŞƏN PARENXİMATOZ HÜCEYRƏLƏRİN ULTRASTRUKTUR XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • E.Ə. Xıdırov Azərbaycan Tibb Universiteti
  • N.N. İsayev Azərbaycan Tibb Universiteti
  • Ş.F. Qanbayeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.3.023

Açar sözlər

parenximatoz hüceyrələr, proliferativ mastopatiya

Xülasə

Məqalədə proliferativ mastopatiyalı qadınların süd vəzisi toxumasının dəyişiklikliyə uğramış və uğramamış sahələrində yerləşən parenximatoz hüceyrələrin ultrastruktur xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat obyekti yaşı 35-60 arasında olan 35 xəstədən cərrahi yolla götürülmüş süd vəzisinin biopsiya materialıdır. Süd vəzilərindən hazırlanmış preparatlar elektron-mikroskopik metodla tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, dəyişikliyə uğramış toxumada hüceyrələrin epitelial təbəqəsinin üst qatında kiçik sitoplazmatik hündürlüklər, sitoplazmada isə elektron-sıxlıqlı maye və kazein cisimcikləri olan az miqdarda spesifik sekretor qranulalar aşkar edilir. Həmçinin, tədqiqatlar nəticəsində dəyişilməyən toxumada üç tip — sekretor, mioepitelial və kambial hüceyrələr müəyyən edilmişdir. Bu hüceyrələr ultrastruktur xüsusiyyətlərinə görə bir-birindən fərqlənir və paycıqdaxili ikiqatlı axacaqlar təşkil edirlər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Xıdırov, E., İsayev, N., & Qanbayeva, Ş.F. (2024). PROLİFERATİV MASTOPATİYALI QADINLARIN SÜD VƏZİSİ TOXUMASININ PATOLOJİ DƏYİŞİKLİYƏ UĞRAYAN VƏ UĞRAMAYAN SAHƏLƏRİNDƏ YERLƏŞƏN PARENXİMATOZ HÜCEYRƏLƏRİN ULTRASTRUKTUR XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 135–139. https://doi.org/10.34921/amj.2024.3.023

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT