BAKI ŞƏHƏRİNDƏ UŞAQLAR ARASINDA NOROVİRUS İNFEKSİYASININ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • S.F. Babayeva Odlar Yurdu Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.3.016

Açar sözlər

norovirus, rotavirus, adenoirus, epidemik proses

Xülasə

Bakı şəhərində uşaqlar arasında norovirus infeksiyasının bəzi epidemioloji xüsusiyyətlərinin öyrənilməsinə dair tədqiqatın nəticələri təqdim edilmişdir. Tədqiqat işi uşaqlar arasında müxtəlif yaş və cins qruplarında, mövsümdən asılı bağırsaq patologiyası ilə müşayiət edilən norovirus infeksiyasının rastgəlmə tezliyini müəyyən etmək və epidemik xarakterini müəyyənləşdirmək məqsədilə aparılmışdır. Bakı şəhərində müxtəlif uşaq xəstəxanalarına daxil olmuş yaşı 18-ə qədər olan 411 xəstə uşaq bəzi bağırsaq virusları – A qrup rotaviruslar, 40/41 tip serotip adenovirus və norovirus – immunferment analiz üsulu ilə müayinə edilmişdir. 1-3 yaş qrupunda norovirus infeksiyasının maksimal aşkarolunma səviyyəsi 35,4±3,0% olmuşdur. Norovirus infeksiyasının aşkaredilmə tezliyi qızlarla (43,9±3,2%) müqayisədə oğlanlar (56,1±3,2%) arasında daha yüksək olmuşdur. Norovirus infeksiyası yaz mövsümündə (46,7±3,2%), payız mövsümündə müşahidə edilmişdir (11,4±2,0%). Norovirus infeksiyası zamanı epidemik prosesin dövrü olaraq il ərzində demək olar ki, bütün fəsillərdə qeydə alınan xəstələnmənin epidemik yüksəlişi və azalması ilə 2 yüksək və bir aşağı amplitudlu tsikllərdən ibarət olduğu görünür. 2018-ci ildə 2 virus assosiasiyası arasında RV±NV – 8,5%, AdV+NV – 6,8% və RV+AdV – 10,2% təsadüfdə, 3 virus assosiasiyası RV+AdV+NV 6,8% müşahidə edilmişdir. 2019-cu ildə 2 virus assosiasiyası RV+NV – 5,5%, AdV+NV – 20,8% və RV+AdV – 8,2% olmaqla qeydə alınmışdır. 3 virus assosiasiyası RV+AdV+NV – 5,1% halda təsdiqlənmişdir. 2020-ci ildə 2 virus assosiasiyası RV+NV – 15,3%, AdV+NV – 23,7% və RV+AdV xəstələrin 8,5%-də aşkar edilmişdir. 3 virus assosiasiyası RV+AdV+NV – 5,1% olmaqla identifikasiya edilmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Babayeva, S. (2024). BAKI ŞƏHƏRİNDƏ UŞAQLAR ARASINDA NOROVİRUS İNFEKSİYASININ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (3), 92–97. https://doi.org/10.34921/amj.2024.3.016

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ